Hadisə
“Son zəng” günü VƏFAT ETDİ – FOTO
Azərbaycanda orta məktəb şagirdi “Son zəng” günü vəfat edib. Hadisə Biləsuvar rayonunda baş verib. Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkinə Əlizadə qızı dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, ötən gün – iyunun 13-də Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilib. (Yeni Sabah)
Ağdamda mağazaya ildırım düşdü – Yanğın BAŞLADI
Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub. Hadisə rayonun Qaradağlı kəndində baş verib. Belə ki, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb. […]
İki nəfəri İLAN SANCDI: Ölən var
Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb. Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb. Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu […]
Azərbaycanda dəhşətli qəza: Ölən var
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü
Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb. Publika.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində […]