Hadisə
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, hadisə iyunun […]
DİN Masallıda ƏMƏLİYYAT KEÇİRDİ – Cavat Qasımov SAXLANILDI
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Musavat.com xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Dəhşətli QƏZA: Hərbçimiz həlak oldu
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev […]
Şəhid anası VƏFAT ETDİ
Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Fizuli Salahovun anası vəfat edib. Musavat.com xəbər verir ki, Sevda Salahova yaşadığı Şabran rayonunun Gəndov kəndində dünyasını dəyişib. Qeyd edək ki, Fizuli Salahov 28 aprel 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində anadan olub. O, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident […]
Bakıda narkotik satan qadın və onunla əlbir olan kişi həbs edildi
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Musavat.com xəbər verir ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub. […]
Zığda baş vermiş kütləvi dava ilə bağlı AÇIQLAMA
Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə […]
DSX MƏLUMAT YAYDI – Saxlanılanlar var (FOTO)
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası […]
Naxçıvanda ayı oğlana hücum etdi – Anbaan VİDEO
Naxçıvanın Ordubad rayonunda ayı gənc oğlana hücum edib. Bu barədə görüntüləri hücuma məruz qalan şəxs özü sosial şəbəkədə yayıb. Məlumata görə, gənc oğlan Ordubad dağlarında olarkən gözlənilməz sürprizlə qarşılaşıb. Sıx yaşıllığın arasında olan ayı qəfil dağda gəzən oğlana hücum edib. Həmin anları telefona çəkən şəxs qaçaraq xilas olmağı bacarıb. /Lent.az
Göyçayda əməliyyat – Həbs edilənlər var
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər […]