Bazar ertəsi, 29 İyn, 2026

Elxan Əsədov DMF-nin İcraiyyə Komitəsinin üzvü seçilib

Dünya Minifutbol Federasiyasının (DMF) Baş Assambleyasının bu gün növbəti iclası keçirilib. ARANTV.AZ  xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan tədbirdə bir sıra qərarlar qəbul olunub, təşkilati məsələlərə baxılıb. Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib. Qeyd edək ki, ölkəmizin futbol tarixində ilk dəfə olaraq belə bir yüksək […]

Yığmamız FIFA reytinqində hesabını 886 xal artırdı

Azərbaycanın futbol yığması FIFA reytinqində 880 xaldan çox toplasa da, mövqeyi dəyişməyib. ARANTV.AZ xəbər verir ki, milli komanda balansını 886 xal artırsa da, 1207 xalla FIFA-nın yenilənmiş reytinqində 105-ci yerini qoruyub-saxlayıb. Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri isə reytinqdə belə qərarlaşıblar: Farer adaları 90-cı yer (1268), Kosovo 141 (1080), Malta 184 (928). Dünya reytinqinə hazırkı […]

“Şah” Sent-Luisdə liderlik edir

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə birinci turdan sonra ABŞ-ın Sent-Luis şəhərində keçirilən Qran-Turun üçüncü mərhələsində turnir cədvəlinə başçılıq edir. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, doqquz turdan sonra Məmmədyarov 17 xal toplayıb. Amerikalı Hikaru Nakamurada da xal sayı eynidir. Onlardan sonra digər amerikalı Fabiano Karuana (15,5), fransız Maksim Vaşye-Laqrav (15) və erməni Levon Aronyan (14) qərarlaşıblar. Qran-turun ABŞ mərhələsinin mükafat fondu 150 min dollar […]

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib. Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. […]

Millimiz son dəqiqələrdə məyus oldu

Minifutbol üzrə Avropa Çempionatının II turunda hazırkı dünya çempionu Çexiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxıb. ARANTV.AZ  xəbər verir ki, komandamızın aparıcı üzvü İlkin Hacıyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə oyunu buraxmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, komandamız oyuna yaxşı başlayıb və hissənin yarısında kapitanımız Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamayıb. Qeyd edək ki, Məmmədov fərqlənməklə […]

Məmmədyarov daha bir turniri qazandı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Sent-Luisdə keçirilən (ABŞ) “Grand Chess Tour” seriyasında rapid-turnirin qalibi olub. ARANTV.AZ xəbər verir ki, on üç turda şahmatçımız Sergey Karyakin(Rusiya) və Vişvanatan Anand (Hindistan) üzərində qələbə qazanıb, kubalı Lenyer Dominqeslə heç-heçə oynayıb. Doqquz turdan sonra 12 xal toplayan Məmmədyarov amerikalı Hikaru Nakamura ilə 1-2-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə sonuncunu qabaqlayıb. Üçüncü yerdə isə digər amerikalı – turnirdə […]

“Liverpul” Salahı polisə təslim etdi

Mersisayd polisi (İngiltərə) “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahla bağlı insident barədə məlumat yayıb. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Salahın sükan arxasında telefonla danışdığını əks etdirən kadrları polisə elə klubun özü verib. “Liverpul” öz aparıcı futbolçusu ilə bağlı aparılan araşdırma və kadrların polisə verilməsini təsdiqləyib. Bundan sonra isə nə klub, nə də futbolçu heç bir şərh […]

BATE-nin baş məşqçisi Qarabağla matçdan danışdı

İndi işi görülmüş hesab etmək tezdir. Peşəkar oyunçulara malik “Qarabağ” BATE-yə qarşı ev matçındakı məğlubiyyətdən sonra vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə BATE-nin baş məşqçisi Aleksey BaqaAzərbaycanın “Qarabağ”ı ilə cavab matçından qabaq mətbuat konfransında bildirib. Məşqçinin sözlərinə görə, çətin matç gözlənilir. “Təbii ki, oyunla bağlı müəyyən fikirlərimiz və qeydlərimiz var. Lakin […]

Sərbəst güləş üzrə yarışla əlaqədar təlim-məşq toplantıları keçirilir

Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir. ARANTV.AZ  xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı […]

Ramil Quliyev daha bir uğura imza atdı

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Berlində yüngül atletika üzrə Avropa çempionatında daha bir medal qazanıb. ARANTV.AZ xəbər verir ki, Quliyev 4×100 metr məsafəyə estafetdə Türkiyə yığmasının heyətində gümüş medal qazanıb. 37,98 saniyə göstərici ilə finişə çatan Türkiyə yığması ölkə tarixində milli rekorda imza atıb. Birinci yeri məsafəni 37,80 saniyəyə qət etmiş Böyük Britaniya yığması tutub. Qeyd […]