Bazar, 28 İyn, 2026

Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır

Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması üzrə hərtərəfli taktiki-döyüş təlimləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirlər qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması zaman şəxsi heyətin və bölmələrin praktiki bacarıqlarının təkmilləşdirilməsinə yönəlib.

Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər planlı tədris xarakteri daşıyır və əsasən hərbi hissələrin ərazilərində və təlim poliqonlarında keçiriləcək. Bu baxımdan hərbi texnikanın yerdəyişməsi mümkündür.

Ayrı-ayrı bölmələr təlim poliqonlarına və təlim mərkəzlərinə planlı yürüşlər edəcək. Bu dövrdə bölgələrdə yolların müəyyən hissələrində müvəqqəti yol hərəkəti məhdudiyyətləri mümkündür.

Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrdə dərc olunan məlumatları rəhbər tutmağa çağırıb.