Bazar, 28 İyn, 2026

Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır: Müalicəsi üçün bank hesabı açıldıFOTO

Yasamalda baş verən yanğın zamanı həyatını itirən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Əli Qəmbərov paylaşım edib.

O qeyd edib ki, Ləmanın müalicəsi üçün maddi dəstəyə ehtiyac var.

“Dəyərli dostlar və izləyicilər, 21 noyabr 2026-cı il tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi zamanı anasını itirən Ləman qızımız hazırda ağır vəziyyətdədir. O, həmin yanğında aldığı ağır xəsarətlərlə əlaqədar müalicəsini Türkiyədə davam etdirir və hazırda “Acıbadem” xəstəxanasında həkim nəzarəti altındadır.

Təəssüf ki, Ləman bir çox insanın həyatını alt-üst edən həmin faciəli hadisənin qurbanlarından biri olub. Məsuliyyətsizlik, özbaşınalıq və şəxsi maraqların insan həyatından üstün tutulmasının ağır nəticələrini bu gün o, öz sağlamlığı ilə yaşayır. Müalicə prosesi uzun və çox böyük maliyyə vəsaiti tələb edir. Təəssüf ki, ailənin imkanları artıq bu xərcləri qarşılamağa kifayət etmir.
ADA Universitetinin məzunu olan Ləmanın bu gün həyata, sağlamlığına və gələcəyinə yenidən qovuşması üçün hər birimizin dəstəyinə ehtiyacı var. Ona ediləcək hər bir yardım yalnız müalicəsinə deyil, həm də gənc, savadlı və gələcək vəd edən bir Azərbaycan gəncinin yenidən həyata bağlanmasına xidmət edəcək.

Həmin faciədə mən də çox ağır itki yaşamış bir insan kimi Ləmanın taleyinə biganə qala bilmirəm.

Sizdən xahiş edirəm ki, imkanınız daxilində ona dəstək olasınız. Bunu mənim xahişim kimi qəbul edin. Edəcəyiniz hər bir yardım Ləmanın sağalması yolunda atılmış mühüm bir addım olacaq.

Paylaşımda göstərilən bank kartı nömrəsi vasitəsilə yardım edə bilərsiniz. Məbləğindən asılı olmayaraq, hər bir dəstək dəyərlidir və böyük ümid deməkdir.

Öncədən hər birinizə təşəkkür edirəm. Allah heç kəsi belə ağır sınaqlarla üz-üzə qoymasın”, – deyə vəkil bildirib və Ləmanın müalicəsinə lazım olan məbləğin göndərilməsi üçün bank hesabını paylaşıb:

Bank hesabı:

5239151740587293

Əlaqə nömrəsi: +994 55 241 93 35 (nənəsi Mayquba Hümbətova)

Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

Şahanə Rəhimli
Musavat.com