İdman
Şahmatçımız dünya çempionunu məğlub etdi və turnirin qalibi oldu
İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir. ARANTV.AZ xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib. Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal […]
İlham Əliyev ona orden verdi
Azərbaycan Prezidenti İlham Əliyev İrina Aleksandrovna Viner-Usmanova ilə bağlı sərəncam imzalayıb. ARANTV.AZ xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilsin”. qafqazinfo
“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib
ARANTV.AZ xəbər verir ki, İyulun 31-də “Beynəlxalq Ordu Oyunları-2018″ çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, […]
“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilir
ARANTV.AZ xəbər verir ki, İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilir.
Olimpiya çempionu arvadı ilə çəkdirdiyi şəklə görə cəzalandırıldı – FOTO
Altıqat Olimpiya çempionu, amerikalı üzgüçü Rayn Lokti Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 14 aylıq cəzalandırılıb. ARANTV.AZ xəbər verir ki, buna səbəb idmançının sosial şəbəkədə yerləşdirdiyi şəkil olub. Məşqlərdən sonra həyat yoldaşı ilə bərpa prosedurları çərçivəsində sistem köçürülməsi zamanı çəkilmiş şəkil Amerika Antidopinq Agentliyinin (USADA) rəsmilərinin diqqətini çəkib. Qaydalara əsasən, idmançıların 12 saat ərzində inyeksiya vasitəsilə yüz ml həcmdən […]
FIFA referimiz Ermənistanın yer aldığı qrupda hakimlik edəcək
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil ediləcək UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. ARANTV.AZ xəbər verir ki, FIFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək. Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək […]
Şəhriyar Məmmədyarov üçün çempion olmaq şansı
İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir. ARANTV.AZ xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə etsə də, liderliyini qoruyub-saxlayıb. Buna səbəb dünya çempionu Maqnus Karlsenin Pyotr Svidlerlə heç-heçə etməsidir. Bu gün isə turnirin baş mükafatını müəyyən edəcək görüş baş tutacaq. Belə ki, Şəhriyar Məmmədyarov IX turda Maqnus Karlsenlə qarşılaşacaq. Beş gün əvvəl […]
ÇL-də II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. ARANTV.AZ-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova “Şerif”i evdə Makedoniya “Şkendiya”sını sınağa çəkəcək. İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla üstələyən Xorvatiya “Dinamo”su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son matçı Slovakiyada keçiriləcək. […]
Neymardan etiraf: Meydanda bunu həqiqətən edirəm
Braziliya milli komandasının ulduzu Neymar dünya çempionatı zamanı meydanda bəzən rəqibləri ilə təmasdan sonra yaşadığı ağrı hissini şişirtdiyini etiraf edib. ARANTV.AZ xəbər verir ki, bu barədə “Gilette Brasil” informasiya yayıb. “Mənim şişirtdiyimi düşünə bilərsiniz. Hərdən həqiqətən bunu edirəm. Ancaq həqiqət ondan ibarətdir ki, meydanda o ağrını hiss edirəm”, – Neymar bildirib. Azarkeşlərin məsələ ilə bağlı […]
Azərbaycanlı güləşçilər yeddi medal qazandı
Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandaları Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirin ikinci günündə yeddi medal qazanıblar. ARANTV.AZ xəbər verir ki, güləşçilərimiz günü bir qızıl, bir gümüş və beş bürünc medalla başa vurub. Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. […]