İdman 

Azərbaycan bayrağını onlar daşıyacaq

Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaq. Bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirin bağlanış mərasimi “Stad de Frans”da baş tutacaq. Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurub. Onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva…

Read More
İdman 

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olduVİDEOYENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub. Musavat.com-un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb. Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib. Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu. *** 20:00 Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır. ARANTV.AZ  xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak…

Read More
İdman 

Əməkdaşlıq bitdi, məşhur klub yenidən Bakıya qayıtdı

Azərbaycan basketbolunun ənənəvi komandalarından olan NTD bu mövsüm yenidən paytaxtı təmsil etməyə hazırlaşır. Klub Bakı təmsilçisi kimi baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi ilə yoluna davam edəcək. Komandanın bu qərarının səbəbini bilmək üçün mətbuat katibi Teymur Maqsudova üz tutduq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi: “Keçən mövsüm federasiyanın təşəbbüsü ilə NTD klubu Xaçmaza köçmüşdü. Lakin bu əməkdaşlıq müddəti başa çatıb. Hər iki tərəf razılaşıb ki, əməkdaşlıq yenidən uzadılmasın. NTD klubu artıq Bakıya qayıdıb və 20 ildən çoxdur olduğu kimi, yenidən paytaxtı təmsil etməyə davam edəcək”. (offsideplus.az)

Read More
İdman 

Lamiyə Vəliyeva növbəti medalını qazandı – FOTO

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. İdmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib. Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi. (Report)

Read More
İdman 

Cüdoçumuz Avropa çempionu oldu

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Apasport.az xəbər verir ki, millimiz aktivinə daha bir qızıl medal yazdırıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib. Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Read More
İdman 

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazandı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb. “Report” xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərib. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq. Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc müdal qazanıblar.

Read More
İdman 

Ronaldo futbol tarixində 900 rəsmi qol vuran ilk futbolçu oldu

Futbol üzrə UEFA Millətlər Liqasında Portuqaliya – Xorvatiya oyununda ilk hissə başa çatdı. BAKU.WS xəbər verir ki, Portuqaliya millisi fasiləyə 2-1 hesabla üstün yollanıb. Onların 2-ci qolunu isə Kristiano Ronaldo vurub. Bununla da portuqaliyalı ulduz futbolçu karyerasındakı rəsmi qol sayını 900-ə çatdırıb və futbol tarixində 900 rəsmi qol sayına çatan ilk futbolçu olub. Qeyd edək ki, Kristiano Ronaldo 1236 oyuna 900 qol, 254 məhsuldar ötürmə ilə yadda qalıb.

Read More
İdman 

UEFA Millətlər Liqası: Azərbaycan – İsveç matçında ikinci hissə başladıCANLI YAYIN

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında ikinci hissə başlayıb. “Report”un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə hesab açılmayıb. Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.   *** UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında ilk hissə başa çatıb. “Report”un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb. Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana…

Read More