İdman 

Qurban Qurbanov: “Çelsi” ilə matçda heç-heçəni uğurlu hesab edirik”

“Qarabağ” “Çelsi” (İngiltərə) ilə oyunda əldə edilən heç-heçəni uğurlu hesab sayır. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Mütəxəssis “Çelsi”yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb: “Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan bizim Zəfər bayramımız gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdiyi mübarizəni xüsusi vurğulayıram. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir”. O, “Qarabağ”ın cari mövsüm Çempionlar…

Read More
İdman 

UEFA Çempionlar Liqası: “Qalatasaray” qalib gəlib, “Barselona” xal itirib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulub. “Report” xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Borussiya” səfərdə “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olub, “Barselona” – “Brügge” qarşılaşmasında qalib müəyyən edilməyib: 3:3. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 5 noyabr 21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 2:2 21:45. “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) – 1:0. 00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 4:1 00:00. “İnter”…

Read More
İdman 

“Köhlən atlar” “məmurlar”a qarşı-milyonların gözü Bakıda

Tofiq Bəhramovun çempion etdiyi ölkənin nəhəngi Azərbaycandadır; milyonla milyardın savaşı olacaq… Bu gün Azərbaycan futbolunu “reanimasiyadan çıxaran” Ağdamın “Qarabağ” klubu növbəti dəfə tarixi uğur qazanmaq üçün 30 mindən çox azarkeşi Tofiq Bəhramov adına Respublika Stadionuna toplayacaq. Çempionlar Liqasının Liqa Mərhələsinin 4-cü turunda rəqib hamının yaxşı tanıdığı İngiltərənin nəhənglərindən sayılan “Çelsi” klubudur. “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də start götürəcək Aktivində 6 xalı olan və hazırda turnir cədvəlində 13-cü sırada qərarlaşan “Köhlən atlar”ın heç şübhəsiz ki, əsas hədəfi qələbə, o olmazsa, heç-heçədir. Azərbaycan çempionu ümumiyyətlə, məğlubiyyət barədə düşünmür. Çünki, keçirdiyi ilk…

Read More
İdman 

“50 manatdan aşağı bilet yoxdur” – VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq rekord səviyyədədir. Musavat.com xəbər verir ki, biletlər satışa çıxarıldığı andan bir neçə saniyə ərzində tükənib. Bundan sonra biletlər “qara bazar”da 2–3 dəfə baha qiymətə təklif olunmağa başlayıb. Azarkeşlərin sözlərinə görə, 10 manatlıq biletlər hazırda 35–50 manat aralığında satılır və oyun tarixi yaxınlaşdıqca qiymətlər daha da yüksəlir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün polis tərəfindən tədbirlər görülür. Xatırladaq ki, “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev daha…

Read More
İdman 

“Çox əsəbiləşdim, sonradan Elvinlə sakit söhbətimiz oldu”- Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Atletik”ə qarşı keçirilən matçda Elvin Cəfərquliyevin müzakirə olunan epizodu barədə danışıb. Təcrübəli mütəxəssis müdafiəçini cəzalandırıb-cəzalandırmadığı barədə sualı cavablandırıb. “Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır”, – o bildirib. Qeyd edək ki, Elvin Cəfərquliyev həmin matçda əks-hücum zamanı Emmanuel Addainin yanlış ötürməsindən sonra ona əsəbiləşmişdi və oyuna davam etməyərək komanda yoldaşına etiraz etmişdi.

Read More
İdman 

Bu klub “Qarabağ”ın futbolçusu üçün skaut göndərib

“Panatinakos” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir. Onlar Ağdam təmsilçisinin “Atletik”lə matçına öz skautlarını göndəriblər. Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir. “Yaşıllar” bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir. Qeyd edək ki, 30 yaşlı futbolçunun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var.  (azerisport.com)

Read More
İdman 

“Neftçi”dən maraqlı paylaşım- Abubakar gəlir?

Premyer Liqa təmsilçisi “Neftçi” instaqram hesabında paylaşım edib. Paylaşımda saat təsviri və “Gəlir” sözü yer alıb. Saatın əqrəblərinin rəngi isə Kamerun bayrağının rəngləridir. Bu isə onu göstərir ki, Bakı klubu uzun müddətdir danışıqlar apardığı Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb. Böyük ehtimalla bu gün məşhur futbolçu ilə müqavilə imzalanacaq.

Read More
İdman 

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutub

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində daha 8 qarşılaşma baş tutub. “Report”un məlumatına görə, oyunlar E, F, I və K qruplarında keçirilib. Türkiyə millisi evdə Gürcüstanla, İtaliya İsraillə, İspaniya Bolqarıstanla üz-üzə gəlib. İngiltərə səfərdə Latviya ilə görüşüb. DÇ-2026 Seçmə mərhələ 14 oktyabr E qrupu İspaniya – Bolqarıstan 4:0 Türkiyə – Gürcüstan 4:1 F qrupu Portuqaliya – Macarıstan 2:2 İrlandiya – Ermənistan 1:0 I qrupu Estoniya – Moldova 1:1 İtaliya – İsrail 3:0 K qrupu Latviya – İngiltərə 0:5 Andorra – Serbiya 1:3

Read More
İdman 

Dəqiqələr qalır – diqqətlər Polşada…

“Ukraynaya qalib gəlsək, artıq İslandiya qələbəsi möcüzə kimi qəbul olunmayacaq” Bu gecə Bakı vaxtı ilə saat 22:45-də Azərbaycan milli komandası tarixinin ən ciddi oyunlarından birinə çıxacaq. Dünya Çempionatının seçmə mərhələsində D qrupunda 4-cü oyunumuza çıxırıq. Rəqib isə güclü millilərdən sayılan Ukrayna seçməsidir. Qarşılaşma müharibə səbəbindən Polşada keçirilir. Qeyd edək ki, portuqaliyalı məşqçi Fernandu Santuşun qovulub yerinə yerli məşqçi Ayxan Abbasovun gəlişindən sonra millimizə ümidlər bir qədər artıb. Hazırda aktivində bir xalı olan Azərbaycan seçməsi Ukraynaya qalib gələrsə, xallarını rəqiblə bərabərləşdirir və gələn ay qrupdan çıxıb tarix yazmaq üçün İslandiya ilə…

Read More
İdman 

Azərbaycanda qadın futbolçu rəqibini yumruqladı – VİDEO

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib. Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Read More