İdman 

AFFA-nın baş katibi: “Türkdilli ölkələr arasında saziş imzalanması qərara alınıb”

“Növbəti aylarda türkdilli ölkələr arasında müxtəlif sahələr üzrə tədbirlərin keçirilməsi ilə bağlı saziş imzalanması qərara alınıb”. Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən görüşlərlə bağlı danışarkən deyib. Assosiasiya rəsmisi orada iki müxtəlif tədbirin baş tutduğunu bildirib. Onun sözlərinə görə, UEFA və Asiya Futbol Konfederasiyasının iştirakı ilə baş tutan ilk tədbirin təşkilatçısı FIFA olub: “Orada əsas məqsəd iki qurumu bir araya gətirmək və onların gördükləri işlərlə bağlı təcrübə mübadiləsi aparmaq idi. Avropadan Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan, Avstriya və Portuqaliya milli federasiyalarının rəhbərliyi baş katiblərlə təmsil olunmuşdular.…

Read More
İdman 

Arif Əsədov: “Qarabağ” “Hakken”ə qalib gəlsə, 70-80 faiz növbəti mərhələni təmin edəcək”

“Qarabağ” qələbə qazansa, 70-80 faiz növbəti mərhələni təmin edəcək”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov ölkə çempionunun İsveçdə “Hakken”ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib. 53 yaşlı mütəxəssis bu görüşün qrupdan çıxmaq baxımından çox vacib olduğunu bildirib: “Qrupun favoriti “Bayer 04”dür. İkinci yer üçün isə digər komandalar mübarizə aparacaqlar”. Əsədov “köhlən atlar”ın artıq səfərdə də yaxşı oyun nümayiş etdirdiyini söyləyib: “Meydan sahibi öz meydanında hansısa üstünlüyə malik olur. Lakin “Qarabağ” elə səviyyəyə çatıb ki, səfərdə də yaxşı oynayır. Hətta bəzən evdə…

Read More
İdman 

AMADA-nın direktoru Avropa Şurasnın keçirdiyi plenar sessiyada çıxış edib – FOTO

Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, tədbirdə ölkəni qurumun direktoru Şəfəq Hüseynli təmsil edib. Avropa Şurasının baş katibinin müavini Byorn Berge qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb. Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solhaym və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər. Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. AMADA-nın direktoru, həmçinin Azərbaycanda…

Read More
İdman 

Elnur Məmmədov: “Gələcək nəslin milli idman növlərini unutmaması önəmlidir” – YENİLƏNİB

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirilib. “Report”un məlumatına görə, konfransda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullin, olimpiadanın gümüş mükafatçısı İrek Zinurov və kəmər güləşi üzrə səkkizqat dünya çempionu Qabdijalil Suleymanov iştirak ediblər. Tədbirdə çıxış edən Elnur Məmmədov Azərbaycanda milli idman növlərinə böyük diqqətin olduğunu bildirib: “Bununla bağlı assosiasiyamız fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi olaraq federasiya ilə birlikdə ortaq layihələrin həyata keçirilməsinə önəm veririk. 19 ölkədən 100-dən çox iştirakçının Avropa…

Read More
İdman 

“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb. Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib. Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!” Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunub.

Read More
İdman 

Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atıb” – FOTO

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşi üzrə milli komandanın dünya çempionu olması ilə bağlı paylaşım edib. “Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə iki qızıl və üç gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”, – M.Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov…

Read More
İdman 

AFFA-dan “Kəpəz”ə XƏBƏRDARLIQ

“Kəpəz” Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinin tələblərini pozub. PFL-in saytının yaydığı məlumata görə, Premyer Liqanın VI turunda “Səbail”lə Gəncədə keçirilən matçda internet olmayıb. Bu səbəbdən AFFA İntizam Komitəsi “Kəpəz”ə xəbərdarlıq edib. “Neftçi” ilə oyunda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Kadiri Mohammed isə bir oyunluq cəzalanıb, klubu 500 manat cərimə edilib.

Read More
İdman 

Dünya çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Prosport.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək. 70 kq-da Məhəmməd-Bəşir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovla qarşılaşacaq. 86 kq-da Əbubəkr Abakarov 1/16 finalda kanadalı Aleksandr Mur, 125 kq-da Georgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla güləşəcək. Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Read More
İdman 

Azərbaycan basketbol millisi dünya reytinqində neçəncidir?

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib. Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytının yaydığı məlumata görə, yığma 66,7 xalla 118-cidir. Komanda Avropa zonasında 45-ci sırada qərarlaşıb. ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci, 759,7 xalı olan son dünya çempionu Almaniya isə üçüncü pillədədir.

Read More