Azərbaycan poloçuları möhtəşəm qələbə ilə finala yüksəldilər – FOTO
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir. Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb. Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacarıb. Rəqib komandanın qapısından zərbələrin üçünü Tərlan Qurbanəliyev, birini Elçin Camallı və ikisini Joakin Kopello keçirib. Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabıyla ispanlar qalib olublar. Azərbaycan və İspaniya yığmaları arasında…
Read More