İdman 

Tennis oynayırdılar, rəqibini əsəb xəstəsi etdi – VİDEO

Bu günlərdə Budapeştdə (Macarıstan) qadınlar arasında WTA-250 seriyası üzrə tennis turniri keçirilir. Oyunda ən yaddaqalan məqamlardan biri isə yerli tennisçi Amarişa-Kiara Tot ilə çinli rəqibi Çjan Şuaini arasında yaşananlar olub. Məlumata görə, oyun zamanı yan xətt hakimi çinlinin atdığı topu aut kimi qeydə alıb. Videotəkrarda topun xəttə dəydiyi nəzərə çarpır, bu səbəbdən Çjan Şuai qərara etiraz etməyə çalışsa da, qüllədəki hakim əvvəl verilən rəyi qüvvədə saxlayıb. Növbəti oyun başlayanda Tot mübahisəli nişana yaxınlaşıb və onu qəsdən ayağı ilə silib. Şuai qəzəblənərək yenidən hakimə müraciət etsə də, nəticəsi olmayıb. Azarkeşlər isə…

Read More
İdman 

“Neftçi”nin prezidenti: “Yaxın zamanda daha da güclənəcəyik”

“Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil. Lakin çox yaxşı məşqçimiz var və düşünürəm ki, yaxın zamanda daha da güclənəcəyik”. Bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Rusiyanın “Spartak” klubu ilə yoxlama oyunu (0:2) barədə danışarkən deyib. Funksioner “ağ-qaralar”ın Rusiyanın Sankt-Peterburq şəhərindəki təkim-məşq toplanışını dəyərləndirib: “Hər şey yüksək səviyyədədir. Rusiya komandaları hazırlıqlıdırlar. “Zenit” Super Kuboka, “Spartak” çempionata hazırlaşırdı. “Fənərbağça” da avrokubok matçları üçün çalışırdı. “Srvena Zvezda” Çempionlar Liqasının qrupunda olacaq. Bizim də bu mövsümə ümidlərimiz böyükdür”. K.Quliyev “Spartak”la əməkdaşlıq memorandumu imzalamalarının klublar arasındakı əlaqələri möhkəmləndirəcəyini söyləyib: “Memorandum bir sənəddir və…

Read More
İdman 

Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı

Dünya futbolunun ən yaşlı oyunçusu Kazuyoşi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib. 56 yaşlı hücumçunun da yer aldığı Portuqaliya “Oliveyrense”si sosial şəbəkədə futbolçu ilə müqavilənin yeniləndiyi təsdiqlənib. Portuqaliyanın ikinci ən güclü divizionunda oynayan Miura keçən mövsüm qol vurmadan üç matç keçirib. Xatırladaq ki, Kazuyoşi Yaponiya millisinin forması ilə 89 görüşə çıxıb və 55 qol vurub. 1986-cı ildən bəri o, beş onillik ərzində 786 peşəkar qarşılaşmada forma geyib. Mənbə: euro-football.ru

Read More
İdman 

Filip Ozobiç rəsmən “Neftçi”də – VİDEO

“Neftçi” Emil Balayevin ardınca milli komandamızın daha bir üzvünü transfer edib. Bununla bağlı klubun rəsmi sosial şəbəkə hesabı məlumat yayıb. Xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb. 32 yaşlı yarımmüdafiəçi “Neftçi”nin heyətində 10 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Rusiyada “Spartak” (Moskva; 2010-2013), Xorvatiyada “Hayduk” (Split; 2012-2013) və “Slaven” (Belupo; 2013-2016) klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb.…

Read More
İdman 

Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı gimnast Almaniyadan medalla qayıdır – FOTO

Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız Azərbaycana qayıdıblar. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, idmançılarımız Heydər Əliyev adına Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıblar. Qarşılanma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri və jurnalistlər iştirak ediblər. Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi fərqli idman növləri üzrə 49 idmançı təmsil edib. Millimiz 6 qızıl, 5 gümüş və 13 bürünc medal olmaqla, 24 medal qazanıb. Berlində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında bədii gimnastika üzrə yarışan Mehriban Tağıyeva da var.…

Read More
İdman 

“Liverpul”un yarımmüdafiəçisi “Leypsiq”də çıxış edəcək

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçi Fabio Karvalyo ilə müvəqqəti ayrılmaq qərarına gəlib. Bu barədə insayder Fabrizio Romano xəbər verib. Məlumata görə, portuqaliyalı icarə əsasında “Leypsiq”də çıxış edəcək. Gələn həftə onunla bir il müddətinə müqavilə imzalanacaq. Eyni zamanda tibbi müayinə təyin olunacaq. Qeyd edək ki, 20 yaşlı Fabio 2022-ci ilin yayında “Liverpul”a keçib. Mersisaydlılar yarımmüdafiəçinin transferi üçün “Fulhem”ə 5,9 milyon avro ödəyiblər. Mənbə: ua-football.com

Read More
İdman 

Orxan Məmmədov “Alanyaspor” və “Rubin”in rəhbərləri ilə görüşdü – FOTO

“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə “Alanyaspor”unun prezidenti Hasan Çavuşoğlu və Rusiya “Rubin”inin direktoru Şamil Xusnutdinovla görüşüb. Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki funksionerlə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.  

Read More
İdman 

Qurban Qurbanov: “Ən çətin oyunlarımız elə “Linkoln” kimi komandalara qarşı olur”

“Bizim illərdir ki, Avropada təcrübəmiz var, bu cür komandalarla oynayırıq. Elə ən çətin matçlarımız da belə komandalara qarşı olur”. ARANTV.AZ report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” komandasına rəqib olmaları barədə danışarkən deyib. 51 yaşlı mütəxəssis rəqibin öz ölkəsinin çempionu olduğunu xatırladıb: “Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. Bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu…

Read More
İdman 

Azərbaycan klubunun icraçı direktoru istefa verdi

“Səbail”in icraçı direktoru Fərəc Əliyev vəzifəsindən istefa verib. Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, o, Müşahidə Şurasının iclasında qərarını açıqlayıb. F.Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib. Paytaxt təmsilçisi bu istefanı qəbul edib. Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək. Baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda komandanın 2023/2024 mövsümünə hazırlığı ilə bağlı planlar da müzakirə olunub.

Read More
İdman 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi: “Azərbaycandakı turnir mənə böyük təkan verəcək”

“Azərbaycandakı turnir mənə böyük təkan verəcək”. “Report”un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibi Emanuele Ansaloni mətbuat konfransında deyib. Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafə qət edərək finiş xəttinə birinci çatan, eyni zamanda, ümumi turnirin qalibi olaraq, sarı formanı özündə saxlayan italiyalı velosipedçi təəssüratlarını bölüşüb: “Bu yarış mənim üçün çox vacib idi. İki dəfə qalib olduğum üçün xoşbəxtəm. Bu gün həm mərhələnin, həm də ümumi turnirin qalibi oldum. Komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm. Kürsüdə oturmağımda onlar böyük…

Read More