İdman 

Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Xorvatiyalı futbolçu adı hələlik açıqlanmayan klubla üç illik müqaviləni razılaşdırıb. Futbolçu bu müddət ərzində ümumilikdə 120 milyon avro qazanacaq. Modriçin “Real Madrid”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gəliblər. Xorvatiyalı yarımmüdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Qeyd edək ki, daha əvvəl “Real”dan ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşıb. Mənbə:…

Read More
İdman 

Nazim Babayev: “Artıq həvəs qalmamışdı, yeni başlanğıc lazım idi” – MÜSAHİBƏ

“Cəmi üç həftə məşq etmişəm və səkkiz metr nəticə göstərmişəm. Üzərimdə işləsəm, 8,2 metr və 8,3 metr nəticə də göstərə bilərəm. Müəyyən problemləri aradan qaldırsaq, Paris-2024-ə vəsiqə qazanmaq və orada uğurlu çıxış etmək olar”. Bu sözləri “Report”a müsahibəsində Azərbaycan atleti Nazim Babayev deyib. Həmin müsahibəni təqdim edirik: – Uzunluğa tullanma növündə Azərbaycan çempionatının qalibi oldunuz. Turnirlə bağlı təəssüratınız necədir? – Yarış mənim üçün uğurlu alındı. Nəticə qazanmaq üçün külək və digər amillər qaydasında idi. Hər cəhdimdə nəticəni artırırdım. Sonuncu cəhddə səkkiz metr nəticə göstərdim. Bəlkə də, düzgün yerə düşsəydim, 1978-ci…

Read More
İdman 

Məşhur məşqçi həbsdə olan futbolçunu milliyə çağırdı

Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib. Almaniyalı mütəxəssis hazırda həbsdə olan Son Cun Honu yığmaya çağırıb. Onun adı Peru və El Salvador yığmalarına qarşı oyunlar üçün 23 nəfərlik heyətə daxil edilib. Qərarı ilə bağlı açıqlama verən Klinsman bildirib ki, bu, 31 yaşlı yarımmüdafiəçiyə dəstək nümayişidir. Son Cun Ho “Şandun Tayşan” klubunda çıxış edir. O, ötən ay baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub. Qeyd edək ki, Cənubi Koreya millisi Peru ilə iyunun 16-da, El Salvadorla 4 gün sonra yoldaşlıq oyunları…

Read More
İdman 

“Neftçi”nin futbolçusu İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq

“Neftçi”nin futbolçusu Ataa Caber milli komanda seçimində dəyişiklik edib. Daha əvvəl İsrailin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq. FIFA 28 yaşlı oyunçunun yığma komanda dəyişikliyini təsdiqləyib. Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər. İsrailin “Makkabi” (Hayfa) klubunun yetirməsi olan futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyun keçirib və 5 qol, 6 asistlə yadda qalıb. Mənbə: footballpalestine.com

Read More
İdman 

“Formula-1” İspaniya Qran Prisinin qalibi bəlli oldu

Bazar günü “Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran Prisinin qalibi olub. İkinci yeri “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tutub. Qeyd edək ki, Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və fərdi sıralamada liderliyini davam etdirir. Mənbə: sportarena.com

Read More
İdman 

Azərbaycan cüdoçusu Düşənbə Qran Prisində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirində bürünc medal qazanıb. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Məlumata görə, Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində -90 kq. çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək bürünc medal qazanıb.

Read More
İdman 

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirindən FOTOREPORTAJ

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və “Triterra” klubunun birgə təşkilatçılığı ilə Bakının Pirallahı adasında yerləşən Nərəkənd parkında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turniri keçirilib. Tədbir səhər saat 8-də start götürüb. PhotoStock.az-ın sözügedən turnirdən hazırladığı fotoreportajı təqdim edirik:   Daha çox şəkil burada: PhotoStock.az

Read More
İdman 

Felipe Santos: “Neftçi” finalın favoritidir” – MÜSAHİBƏ

“Neftçi” finalın favoritidir”. Bunu “Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santos APA-ya müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik: – Mövsüm başa çatsa da, “Qəbələ” üçün davam edir. Psixoloji və ya fiziki yorğunluq var? – Çox gərgin bir mövsüm idi. Bizim üçün sadəcə kubokun finalında oynamaq tələb olunur. Bir çox oyunçular artıq öz ölkələrində olduqları halda, bizim komandada olanlar finala köklənib. İndi yorğunluq yoxdur. Kuboku qazanmaq arzusundayıq. Ona görə də, yorğunluqdan söhbət gedə bilməz. – Sonuncu turda “Kəpəz”lə bərabərə qalaraq avrokuboklara vəsiqəni təmin etdiniz. Artıq rahatsınız? Məqsədiniz bu idi? – Əvvəldən həmişə deyirdim ki, məqsəd…

Read More
İdman 

Ronaldu gələcək karyerasından danışdı

“Ən-Nəsr”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu Səudiyyə klubundan ayrılmaq niyyətində olmadığını və növbəti mövsümdə ilk kuboku qazanmaq əzmində olduğunu açıqlayıb. Onun komandası bu mövsüm çempionluq yarışını “Əl İttihad”a uduzaraq kuboksuz qalıb. “Mən xoşbəxtəm, burada oynamaq istəyirəm və oynamağa davam edəcəyəm. Fikrimcə, görmək istədikləri işləri davam etdirsələr, o zaman yaxın 5 ildə Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı 5 liqasına daxil ola bilər. Bu mövsüm nəsə qazanacağıma ümid edirdim, amma alınmadı. Lakin mən çox pozitivəm və əminəm ki, hər şey dəyişəcək və yaxşılığa doğru gedəcək. Gəlin buna inanaq və bu istiqamətdə çalışaq”,…

Read More