İdman 

“Formula-1” komandasının direktoru: “Bakı bolidimizin imkanlarına uyğun trekdir”

“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”. “Report” xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib. 44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib: “Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”. Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.

Read More
İdman Region Xəbərləri 

Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən idman klubunun bir qrup üzvü Fəxri Diplomlarla təltif edilib.

ARANTV.AZ   xəbər verir ki, Bərdə rayonunda fəaliyyət göstərən “Raul Fight” idman klubunun bir qrup üzvü Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Diplomlarla təltif edilib : MMA idman növünün inkişafında göstərdiyi xidmətlərə görə “Raul Fight” idman klubunun təsisçisi və məşqçisi Məmmədov Rauf Sədrəddin oğlu MMA idman növündə əldə etdiyi nailiyyətlərə görə klubun idmançıları Həsənzadə Ayxan Vüqar oğlu Mahmudov Emin Qəzənfər oğlu Səfərli Nurlan İlham oğlu Məmmədli Raul Rauf oğlu Əlizadə Bəxtiyar Vüsal oğlu İbrahimov Elsevər Elvin oğlu Məmmədov Ülvi Elşən oğlu                

Read More
İdman 

Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa üçüncüsü oldu – YENİLƏNİB

Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa üçüncüsü oldu – YENİLƏNİB Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.   “Report”un məlumatına görə, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.   Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.   10:20   Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.   ARANTV.AZ-ın məlumatına görə, yarışın son günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.   60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada macarıstanlı Erik Torba ilə…

Read More
İdman 

Hacı Əliyev: “Bu medal üçün çox əziyyət çəkdim”

“Son 4 ildə qitə çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir”. “Report”un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dördüncü dəfə bu uğura imza atdığı üçün sevincli olduğunu bildirib: “Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim”. Əliyev bolqarıstanlı Ramazan Ramazanovla final görüşündə baş verən insidentə də toxunub: “Güləşdə tez-tez belə hadisələr baş…

Read More
İdman Region Xəbərləri 

Şahin Hərbi İdman Oyunlarının Bərdə rayon birinciliyinin qalibləri təltif olunub

ARANTV.AZ xəbər verir ki, 18 aprel 2023-cü il tarixdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin mükafatlandırılma mərasimi keçirilmişdir. Şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektorunun müdiri Qurban Məmmədov çıxış edərək qalibləri təbrik etmişlər və zona birinciliyinə vəsiqə qazanmış Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandasına uğurlar diləmişlər. Qalib komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunmuşlar: I yer – Y.Kərimov adına Yeni Daşkənd kənd…

Read More
İdman 

Hacı Əliyev: “Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam”

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev çempionluğunu şərh edib. 70 kq çəki dərəcəsində titula sahib çıxan 32 yaşlı idmançı Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında çox vacib qələbə qazandığını bildirib: “Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”. 65 kq-da ikiqat Olimpiya mükafatçısı olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: “Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya…

Read More
İdman 

Azərbaycan gimnastları Bakıda keçirilən “AGF Trophy” turnirində 14 medal qazanıblar

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində Azərbaycan millisi ümumilikdə 14 medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, yığma üzvləri ölkəmizdə baş tutan 2023-cü ilin bu növ üzrə ilk beynəlxalq yarışında gənclər və böyüklər yaş kateqoriyasının fərdi və qrup hərəkətləri proqramında 7 qızıl, 7 gümüş medal əldə ediblər. Fransadakı 34-cü Beynəlxalq Qran-prinin qalibi olan Zöhrə Ağamirova fərdi proqramda millinin aktivinə çoxnövçülük proqramı, eləcə də, ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırıb. O, komanda hesabında Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşayıb. Gənclər arasında…

Read More
İdman 

Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi – VİDEO

Aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib. Məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib. Xatırladaq ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir. Mənbə: sportrbc.ru

Read More
İdman 

Azərbaycan gimnastları Bakıda keçirilən “AGF Trophy” turnirində qızıl və gümüş medal qazandılar – FOTO

Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində daha iki medal qazanıblar. Gimnastika Federasiyasından verilən məlumata görə, yarışın üçüncü günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 iplə hərəkətlərin icrasında ikinci yeri tutub. Sözügedən komanda  5 topla hərəkətlərin icrasında isə qızıl medal qazanıb.  

Read More