İdman 

Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək. Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq. Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib. Şahmatçıların hazırlığı fərdi inkişaflarına uyğun xüsusi proqramla keçiriləcək. Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun…

Read More
İdman 

Baş məşqçi: “Gimnastlarımız yığmanın liderlərini görüb onlara oxşamağa çalışırlar”

“Gimnastlarımız yığmanın liderlərini məşqlərdə görəndə onlara oxşamağa çalışırlar”. Bunu “Report”a açıqlamasında Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın bədii gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fərədova deyib. Baş məşqçi Milli Gimnastika Arenasında baş tutan təlim-məşq toplanışını yüksək qiymətləndirib. O, yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkürünü bildirib: “Zirə Mədəniyyət Mərkəzində bədii gimnastika 2015-ci ildən tədris olunur. Hazırda klubumuzda 50-dən çox gimnast məşq edir. İdmançıların Milli Gimnastika Arenasında təlim-məşqlərə dəvət olunması hamımız üçün qürurvericidir. Bu zalda yığma komandanın liderləri ilə birgə məşq keçmək və onların hazırlıqlarını görmək hər bir kiçik gimnastın arzusudur”. Nəzirəxanım Fərədova əlavə…

Read More
İdman 

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova avrokuboklara təyinat alıb. AVF-dən verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro” (Ukrayna) – “CS Volei Alba Blaj” (Rumıniya) matçının supervayzeri olacaq. CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək. Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Read More
İdman 

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

“Bizim üçün çətin il olacaq”. “Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Birlikdə üzək” adlı üzgüçülük yarışının qaliblərinin mükafatlandırma mərasimində deyib. Nazir bildirib ki, bu, yeni ildə keçirilən ilk tədbirdir: “Yarış əslində dekabrda keçirilib. Sadəcə, bu gün mükafatlandırma mərasimi oldu. Yarış ölkənin 30 hovuzunda baş tutdu. Bakı ilə yanaşı, digər regionlarda da qaliblərin olması xoş haldır. 9 yaşdan 76 yaşlı idmançıya qədər 1000-dən çox qadın və kişilər bu turnirdə iştirak etdilər. Yeni ilə xoş medallarla başlayırıq”. Gənclər və idman naziri üzgüçülüyün önəmindən bəhs edib: “Cənab Prezidentin bu…

Read More
İdman 

Dünya ulduzlarından Pele ilə bağlı paylaşım – FOTO

Dünya futbolunun ulduzları Pelenin ölümü ilə bağlı paylaşım ediblər. Messi, Ronaldu, Neymar, Mbappe və digər məşhurlar futbol kralına son arzularını çatdırıblar. Mərhumun vaxtilə çıxış etdiyi Braziliyanın “Santos” klubu isə Pelenin ölümünə bir sözlə reaksiya verib. Komandanın sosial şəbəkə səhifəsində hadisə ilə bağlı paylaşımda yalnız “Əbədi” sözü yazılıb. Xatırladaq ki, əfsanəvi braziliyalı bu gecə 82 yaşında vəfat edib. O, uzun müddət bağırsaq xərçəngindən müalicə alıb.  

Read More
İdman 

Pele vəfat etdi

Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib. Onun uzun müddət bağırsaq xərçəngindən müalicə olunduğu bildirilmişdi. Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı. Peşəkar karyerası ərzində Pele 1363 matçda 1281 qol vurub, o cümlədən “Santos”un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur. Mənbə: TASS

Read More
İdman 

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirildi – FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə komandaları idman tədbirlərində fəal iştirak etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib. Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2022-ci ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.…

Read More
İdman 

Argentinanın çempionluq paradında faciə ardınca faciə yaşandı

Təəssüf ki, Argentina millisinin çempionluq paradı faciəsiz ötüşməyib. Belə ki, qələbəni qeyd edən azarkeş evin damına çıxaraq atlanıb-düşməyə başlayıb. Nəticədə dam çöküb, kişi isə kəllə-beyin travması alaraq həyatını itirib. Bundan başqa, qələbəni qeyd edən insanlar beş yaşlı uşağın komaya düşməsinə səbəb olublar. Belə ki, bir neçə fanat abidənin üzərinə çıxıb və nəticədə abidədən qopan mərmər parçası uşağın başına düşüb. Həmçinin Argentinanın bir neçə şəhərində polislə azarkeşlər arasında toqquşma olub. İnsident nəticəsində 100-ə yaxın insan yaralanıb, saxlanılan var. Mənbə: La Nacíon

Read More
İdman 

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb – FOTO

Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, dekabrın 21-23-də şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet bu yarışda öz qüvvələrini sınayacaqlar. Artıq ilk rekord qeydə alınıb. Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağırlıqqaldırma tarixində bir ilkdir. Bu günə qədər respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağırlıqqaldıran iştirak etməyib. Onlar bu…

Read More
İdman 

Zəfəri qeyd edən argentinalı futbolçular faciəvi ölümün bir addımlığından döndülər – VİDEO

Dünya çempionatının qalibi olan argentinalı futbolçular bu gün vətənlərinə dönüblər. Çempionları daşıyan üstüaçıq avtobus Argentina paytaxtında dövrə vurub. Azarkeşlərlə futbolçuların ənənəvi görüşü baş tutub. Bu əsnada Messinin, Di Marianın olduğu avtobus elektrik kabellərinin çəkildiyi küçədən keçərkən futbolçulara ciddi təhlükə yaranıb. Xoşbəxtlikdən, futbolçular cəld reaksiya ilə başlarını aşağı əyib ağır faciədən qurtula biliblər. Həmin görüntüləri təqdim edirik: Mənbə: ESPN

Read More