İdman 

Tennisin yaranmasına səbəb olan idmanın tarixi: Azərbaycanda badminton – FOTO

Badminton və volan. İndi müasir dövrdə bu 2 idman termini bir-birindən ayrılmaz məfhum kimi başa düşülür. Çünki artıq çoxları – istər həvəskar səviyyədə, istərsə də peşəkar səviyyədə badminton oynayanlar bu idman növünün sirlərinə bələddir. Ancaq bu idman növünün indiki mərhələyədək gəlməsinin tarixi bir az qaranlıqdır. Daha dəqiq desək, badmintonun ilk olaraq harada peyda olması, ilk dəfə kimin icad məhsulu olduğunu demək qəliz məsələdir. Beləliklə, yazımızın obyekti badmintondur. Elə isə ilk olaraq onun tarixindən başlayaq… Badmintonun yaranma tarixi məchul, adının kökü məlumdur Ehtimallara əsasən, bu idman indi cənub-şərqi Asiyada yerləşən, Myanma,…

Read More
İdman 

Azərbaycanın kikboksinq millisi Antalyada keçiriləcək Avropa çempionatına hazırlaşır – FOTO/VİDEO

Azərbaycanın kikboksinq millisi ilin son yarışı olan Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır. Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komandamız hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir. Bu Avropa çempionatı onun üçün önəm daşıyır ki, yarış Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində keçiriləcək III Avropa Oyunlarına (21 iyun – 2 iyul 2023), eləcə də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutacaq III Ümumdünya Kombat Oyunlarına (5-14 oktyabr 2023) lisenziya verir. Belə ki, “Full contact” üzrə 5, “Low kick” üzrə 6 çəki dərəcəsi üzrə…

Read More
İdman 

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib. Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb. Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb. Niftəliyev və Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib.

Read More
İdman Region Xəbərləri 

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnirin bağlanış mərasimi keçirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov turnir barədə hesabat təqdim edərək bildirib ki, turnirin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin və həvəskar minifutbolun təbliğidir. Oktyabrın 15-dən start verilmiş minifutbol turnirində ümumilikdə respublikanın 76 rayon və şəhərindən 864 nəfər gənc iştirak edib. 12 qrupda mübarizə aparan 72 komandadan ibarət turnirin qrup və play-off oyunları Bakı, Sumqayıt, Qusar, Qəbələ, Mingəçevir, Goranboy, Tovuz, Lənkəran, Biləsuvar, Tərtər və Saatlı şəhərlərində keçirilib. Hər qrupdan 1 komanda olmaqla ümumilikdə 12 komanda…

Read More
İdman 

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb – FOTO

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib. AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb. “Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq”, – deyə o bildirib. Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq.  

Read More
İdman 

Olmaq, ya da olmamaq, bütün məsələ budur, “Qarabağ”!

Zaur Xudiyev yazır… Sevinməlimi, yoxsa üzülməlimi? Konfrans Liqasında davam edirik deyib şükür etməlimi, yoxsa əlimizə düşən fürsəti düz üç dəfə (!!!) geri itələyib, ondan sonra bəxtdən şikayət etməlimi? Hamletin məşhur monoloqunda dediyi kimi, olmaq, ya da olmamaq, bütün məsələ budur! Bir gün Mollanın evinə oğru girir, evdə nə varsa, aparıb gedir. Səhər qohum-əqrəba, qonşular yığışırlar, hərə bir irad bildirir. Biri deyir ki, gərək hasarı hündür edəsən. Belə də hasar olar? Buradan balaca uşaq da aşıb düşə bilər. O biri deyir, gərək həyətə bir it bağlayasan. Yad adam gələndə hürüb xəbərdarlıq…

Read More
İdman 

Qurban Qurbanov: “Hakimlər kənarda qalıb, VAR sistemi işləyir”

“Qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis oyunçuların inamlı oyun sərgilədiyini bildirib: “Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik. Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur.…

Read More
Cəbhədən Xəbər İdman 

Avropa Liqası: “Qarabağ” fasiləyə məğlub yollanıb – YENİLƏNİR + VİDEO

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, “köhlən atlar” fasiləyə məğlub yollanıblar – 0:1. Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 22:13 Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. ARANTV.AZ-ın məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 0:1 21:47 Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb. ARANTV.AZ-ın məlumatına…

Read More
İdman Region Xəbərləri Təhsil 

Şəhidlərin xatirəsinə futbol yarışı keçirildi

2 Noyabr 2022-ci il  tarixdə  Bərdə  şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbində şəhidlərimizin xatirəsinə həsr olunmuş”8 Noyabr Zəfər Günü”ilə əlaqədar tədbirlər planına uyğun olaraq futbol yarışı keçirildi. Onuda qeyd edək ki,  bu yarış məktəbimizin  şəhid məzunlarının xatirəsinə həsr olunub.Yarışda şəhid ailələrinin  üzvləri, yaxınları, iştirak etmişlər.  Azərbaycan var şəhidlərimiz daima anılacaq.Onların xatirələrinə müxtəlif tədbirlər,turnirlər, yarışlar keçiriləcək,şəhidlərimiz həmişə yad  olunacaqdır.

Read More