Dünya 

Bir il əvvəl zəlzələyə görə viran qalan Hatayda yenə yeraltı təkanlar qeydə alındı

Bir il əvvəl zəlzələyə görə viran qalan Hatayda yenə yeraltı təkanlar qeydə alınıb. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) xəbər verilib. Bildirilib ki, episentri Samandağ olan zəlzələnin gücü 4,1 bala çatıb. Yeraltı təkanların ocağı 6,2 km dərinlikdə yerləşib.

Read More
Dünya 

Çili bibəri piylənməyə səbəb olur? – TƏDQİQAT

Çin Elektron Elm və Texnologiya Universitetinin (UESTC) alimləri müəyyən ediblər ki, piylənmə tez-tez çili bibəri istehlak edən insanlar arasında daha çox yayılıb. Məlumata görə, tədqiqatçılar çili bibəri istehlakının tezliyi, bədən kütləsi indeksi (BMI) və ümumi ABŞ əhalisi arasında piylənmənin yayılması arasındakı əlaqəni təhlil ediblər. Tədqiqata 6138 ABŞ-li qadın və kişi qoşulub. İştirakçıların sağlamlığı, çəkisi və çili bibəri istehlakının tezliyi haqqında məlumat toplanılıb. Əldə edilən məlumatlara əsasən, könüllülər üç qrupa bölünüblər: çili bibəri yeməyənlər, az hallarda yeyənlər və tez-tez yeyənlər. Korrelyasiya təhlili göstərdi ki, üçüncü qrupdakı iştirakçılarda normaldan daha çox bədən…

Read More
Dünya 

Bu ölkədə 2 uşağı olanlara ŞAD XƏBƏR

Türkiyədə doğum sayı azaldığı üçün hökumət yeni addım atıb. Analıq məzuniyyətinin uzadılması ilə yanaşı, cütlüklərə dəstək ödənişlərinin edilməsi də qərara alınıb. Bu barədə Türkiyə Statistika Təşkilatı açıqlama verib. İşləyən analar üçün 5 başlıq altında yeni tənzimləmələrin edilməsi planlaşdırılan qərara yeni detallar əlavə edilib. Yeni tənzimləmələrlə insanların 30 yaşına qədər iki uşaq dünyaya gətirməsi təşviq ediləcək, evlilik dəstəyi artırılacaq. Nazirliklərin birgə işinə görə, məqsəd uşaqların sayını artırmaq üçün nikah yaşını yenidən 23-26 yaşa endirməkdir. Eyni zamanda, uşaq bağçalarının sayı artırılacaq və anaların uşaqları ilə işə getməsinə şərait yaradılacaq. Uşaqların xərclərinin bir…

Read More
Dünya 

Yerdə bu tarixlərdə geomaqnit qasırğası olacaq

Mayın 29-da Günəşdə baş verən tac kütləsi atılması səbəbindən Yerdə maqnit sahəsində pozğunluq başlayıb. Bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətinin məlumatlarına istinadən məlumat yayıb. Alimlərin fikrincə, mayın 30-u gününün sonunda maqnit sahəsində pozuntu qeydə alınıb. Kosmik havanın monitorinqi məlumatlarına əsaslanaraq mütəxəssislər bildiriblər ki, Yerin maqnit sahəsində pozulma dərəcəsi hələ zəif hesab edilən G1 səviyyəsinə belə çatmayıb. Mütəxəssislər mayın 31-dən iyunun 1-dək Yer kürəsində maqnit qasırğasının baş verə biləcəyini, gücün G1-in zəif gücün göstəricisi, G5-in isə ekstremal hesab edildiyi şkala üzrə G3 səviyyəsinə çatacağını proqnozlaşdırırlar. Daha əvvəl bildirilmişdi ki,…

Read More
Dünya 

İrlandiyada Azərbaycan Bayrağı QALDIRILDI

İrlandiyada Azərbaycan Bayrağı ucaldılıb. AZƏRTAC Azərbaycanın Britaniyadakı səfirliyinə istinadla xəbər verir ki, İrlandiya vətəndaşı Maykl Kortni mayın 28-də ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Bayrağını dalğalandırıb. Səfirlik İrlandiya vətəndaşına göstərdiyi təşəbbüsə görə təşəkkür edib, gələcəkdə də bu istiqamətdə onu dəstəkləyəcəklərini bildirib. Qeyd edək ki, Maykl Kortni dünyanın müxtəlif ölkələrinin müstəqillik günlərində onların dövlət bayraqlarını dalğalandırır. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London

Read More
Dünya 

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında sülh pəncərəsi imkanı əldən buraxılmamalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh sazişi imkanı ilə bağlı danışıb. Ərdoğan bu barədə İzmirdə keçirilən “Efes-2024” hərbi təlimində Yüksəksəviyyəli Müşahidəçi Günündə çıxışı zamanı fikrini bildirib. “Qonşumuz İraq da münaqişələrdən yorğun düşüb. Biz bütün imkanlarımızla yanında olacağıq. Əfqanıstandan Somali və Sudana qədər sülh və əmin-amanlığın hökm sürməsi üçün işlərimizi davam etdiririk. Bu ölkələrin təhlükəsizliyini öz ölkəmizin təhlükəsizliyindən ayırmırıq. Azərbaycan və Ermənistan arasında sülh pəncərəsi imkanı əldən buraxılmamalıdır”, – deyə o, çıxışında qeyd edib. Mənbə: CNN Türk

Read More
Dünya 

Haydi Kyun: Minalar insanların yer üzündə yaratdığı xərçəng xəstəliyidir

Minalar insanların yer üzündə yaratdığı xərçəng xəstəliyidir. Əraziləri onlardan təmizləmək və torpağı həyata qaytarmaq lazımdır. “Report” xəbər verir ki, bunu “Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən sonra bu torpaqlarda ağacların əkilməsi və üzümlərin yetişdirilməsi onları gələcək nəsilləri qidalandırmaq üçün həyata qaytaracaq. “Üstəlik, hər əkilən ağac karbon qazını da udur. Beləliklə, bu, dünyanın biznes modelidir. Biz bütün dünyada dinc…

Read More
Dünya 

Erməni general: “Azərbaycanla sərhəd istiqamətində hərbçilərimiz də var”

“Tavuşda (Bağanıs-Berkaber ərazisində) erməni sərhədçilər birbaşa Ermənistan-Azərbaycan sərhədində xidmət edirlər, amma həmin istiqamətdə silahlı qüvvələrin müntəzəm bölmələri də yerləşir”. Bunu Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Edvard Asryan jurnalistlərə bildirib. Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib. Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bundan öncə, aprelin 19-da…

Read More