Dünya 

Sevgililər günü Rusiyada populyarlığını itirir – sorğu

Rusiyada keçirilən rəy sorğusu göstərib ki, müqəddəs Valentin – Sevgililər Günü öz populyarlığını itirir. Vətəndaşların əksəriyyəti (78%) 14 fevralı qeyd etmək niyyətində deyil. ARANTV.AZ xarici mediaya istinadla xəbər verir ki, rəy sorğusunda iştirak edən respondentlərin yalnız 12%-i hər hansı bayram tədbiri planlaşdırır. Digərlərinə nisbətən daha çox 34 yaşdan kiçik respondentlər (20%) Sevgililər gününə önəm verirlər. Fevralın 14-də hər on kişidən yalnız üçü qadınlarına çiçək alacaq, onların əksəriyyəti 34 yaşdan aşağıdır. Bu, “Moskva danışır” radiostansiyasının sərəncamında olan SuperJob tədqiqatının nəticələridir. Qeyd olunur ki, ölkədə 100 şirkətdən yalnız 1-i fevralın 14-də korporativ…

Read More
Dünya 

Hindistanda fermerlər etirazlara başladılar: Barrikadalar quruldu – FOTO/VİDEO

Avropanı cənginə alan fermerlərin etiraz aksiyaları Hindistanda da baş qaldırıb. Ölkədə yerli həmkarlar ittifaqları kənd təsərrüfatı məhsullarının minimum qiymətini və bu məhsulların hökumət tərəfindən zəmanətli şəkildə alışını təmin edən qanunun qəbul olunmasında israr edirlər. Fermerlər ölkənin paytaxtına yürüş etmək niyyətindədirlər. Hətta Haryana və Uttar-Pradeş ştatları ilə sərhədlərdə barrikadalar quraşdırılıb. Etiraz aksiyalarının birində polis gözyaşardıcı qazdan belə istifadə edib. Xatırladaq, daha əvvəl Polşa, İspaniya, İtaliya, Almaniya, Fransa, Bolqarıstan kimi ölkələrdə kütləvi şəkildə fermerlərin etiraz aksiyaları baş tutub.   Mənbə: “RIA Novosti”

Read More
Dünya 

Rusiya Estoniyanın baş nazirini cinayət işi üzrə axtarışa verdi – FOTO

Estoniya Baş naziri Kaya Kallas Rusiyada cinayət işi üzrə axtarışa verilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat-axtarış bazasında bildirilib. “Kallas Kaya. Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib”, – deyə məlumat bazasında qeyd edilib. Lakin axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib. Rusiya Daxili İşlər Nazirliyi həmçinin Estoniyanın dövlət katibi Taymar Peterkopu da cinayət işi üzrə axtarışa verib, lakin axtarışın konkret hansı maddə ilə aparıldığı açıqlanmayıb.   Mənbə: TASS

Read More
Dünya 

Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari, Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər rəsmi şəxslər qarşılayıblar. Rəcəb Tayyib Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ticarət naziri Ömer Bolat müşayiət edib. Səfər çərçivəsində Ərdoğan “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu…

Read More
Dünya 

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi. Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə – “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir. Mənbə: Caliber

Read More
Dünya 

Nyu-York metrosunda atışma: Ölən və xəsarət alanlar var

ABŞ-də Nyu-York metrosunda qatarda atışma nəticəsində bir yeniyetmə ölüb. Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib. Qeyd olunur ki, 12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb. Səbəbi məlum olmayan mübahisə bazar ertəsi saat 16:40 radələrində (Bakı vaxtı ilə 01:40, çərşənbə axşamı – red.) Bronks ərazisində baş verib. Şahidlər 10-dan çox atəş səsi eşidiblər. Mənbə: New York Post

Read More
Dünya 

Fransada ifrat sağçılar Makronun koalisiyasını üstəyə bilərlər

Fransanın ifrat sağçı “Milli birlik” və “Rekonqista” partiyaları 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdə ən yaxşı nəticələri göstərə bilər. Bu barədə  “Portland Communications” konsaltinq firmasının sorğusuna istinadən məlumat yayılıb. Nəticələrinə görə, “Milli birlik” seçkidə 33%, “Rekonqista” isə 6% səs toplaya bilər. Qeyd olunur ki, onlar səslərin cəmi 14%-nə iddialı olan Fransa Prezidenti Emmanuel Makronun “İntibah” partiyasının iştirakı ilə mərkəzçi koalisiyanı üstələyə bilər. Sorğu yanvarın sonunda mindən çox insanla müsahibə əsasında keçirilib. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada məktəblilərə köməyə gedən təcili yardım maşını da qəzaya düşdü – YENİLƏNİB + FOTO

Rusiyanın Pskov vilayətində qəzaya düşən uşaqlara köməyə tələsən təcili yardım maşını qəzaya düşüb. Nəticədə təcili yardım maşınının sürücüsü və tibb işçisi xəsarət alıb. 16:46 Rusiyanın Pskov vilayətində uşaqların olduğu avtobus yük maşını ilə toqquşub. Nəticədə 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb. Qeyd olunub ki, uşaqları məktəbdən ekskursiyaya aparıblar. Yük maşını ilə toqquşmadan yayınmağa çalışan avtobusun sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı xəndəyə salıb.   Mənbə: MK.ru

Read More
Dünya 

Türkiyədə bələdiyyə binasına silahlı hücum – FOTO

Türkiyədə, Adana Böyükşəhər Bələdiyyəsi sədrinin mətbuat xidmətinin rəhbəri Səməd Güdük bələdiyyə binasında naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Yerli mətbuat yazır ki, hələlik adı istintaqa məlum olmayan şəxs bələdiyyənin mətbuat xidmətinin rəhbərinə odlu silahdan üç dəfə atəş açıb. Səməd Güdük ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.   Mənbə: Dunya.com

Read More
Dünya 

Livanda “Hizbullah”ın yüksək rütbəli zabiti öldürüldü – FOTO

“Əl-Hədəs” saytı xəbər verir ki, bu gün İsrailin Livanın cənubunda Bint Cəbil bölgəsinə dron hücumu nəticəsində İrana bağlı “Hizbullah” hərbi-siyasi təşkilatının yüksəkrütbəli zabiti Məhəmməd Ələviyə öldürülüb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, o, Livanın Marun ər-Ras bölgəsinə rəhbərlik edirdi.

Read More