Dünya 

Seulda avtomobil Rusiya səfirliyinin mühafizə postuna çırpıldı: Yaralanan var – FOTO/VİDEO

Rusiyanın Koreya Respublikasındakı səfirliyinə məxsus binanın qarşısında yerləşən mühafizə postuna avtomobil çırpılıb. Qəza nəticəsində mühafizə postuna dayanan növbətçi polis ağır xəsarət alıb. Boyun və çiynindən yaralanan polis xəstəxanaya aparılıb. Diplomatik nümayəndəlik bu barədə məlumatı təsdiqləyib. “Biz yanvarın 28-də axşam saatlarında baş vermiş insident faktını təsdiq edirik. İnsident Koreya ərazisində baş verib və Rusiya nümayəndəliyinin işinə mənfi təsir göstərməyib”, – deyə Rusiya diplomatları bildiriblər. “Səfirlik xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış polis əməkdaşının tezliklə sağalmasını arzu edir”, – deyə səfirlikdən əlavə edilib.   Mənbə: TASS

Read More
Dünya 

Praqada Ermənistanın mina terroruna qarşı aksiya keçirilib – VİDEO

Praqada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina terroruna qarşı aksiya keçirilib. Aksiya erməni təşkilatlarının keçirdikləri ümumavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə silsilə tədbirlərdəndir. Qeyd edək ki, Praqa ilə yanaşı Avropanın bir sıra digər şəhərlərində də oxşar tədbirlər təşkil olunub.  

Read More
Dünya 

Ərdoğandan İstanbul kilsəsindəki insidentlə bağlı AÇIQLAMA – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Dövlət başçısı hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib. “Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Hesab edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb həbs edəcəyik”, – Ərdoğan bildirib. İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tuncun sözlərinə görə, silahlı hücumun araşdırılması üçün prokurorun müavini və iki prokuror təyin edilib. Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikayanın sözlərinə görə, hücum yerli vaxtla…

Read More
Dünya 

Fransada “Mona Liza” tablosuna şorba töküblər – VİDEO

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində ekofəallar məşhur rəssam Leonardo Da Vinçinin şah əsəri olan “Mona Liza” (Cokonda) tablosuna şorba töküblər. Üzərində “Riposte Alimentaire” (“Qidaya reaksiya”) yazılmış köynək geyinmiş iki qadın tablonun üzərini örtən qoruyucu şüşəni şorba ilə isladıblar. Sonra onlar qida hüququ, Fransanın kənd təsərrüfatı sistemi və hər üç fransızdan birinin yeməkdən imtina etdiyi barədə şüarlar səsləndirməyə başlayıblar. Qeyd edək ki, bu tablo son 20 ildə dəfələrlə vandalların hücumuna məruz qalıb. 2009-cu ildə bir turist tabloya çay ataraq o vaxtkı adi şüşəni sındırıb və bundan sonra rəsmin üzərinə zirehli…

Read More
Dünya 

Türkiyədə zəncirvari qəza: Çox sayda yaralı var

Türkiyənin Qars bölgəsində intensiv qar yağıntısından sonra magistral yollarda əmələ gələn buz qəzaya səbəb olub. Məlumata görə, Qars-Ani marşrutu üzrə hərəkət edən üç avtomobilin iştirakı ilə qəza baş verib. Yalınkaya kəndi ətrafındakı hadisə zamanı hər üç avtomobildə olan doqquz nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Mənbə: Haber Global

Read More
Dünya 

Pakistan-İran gərginliyi müharibə səviyyəsinə keçə bilər? – “KASPİ”nin TƏHLİLİ + FOTO

Pakistana hücum İranın daha təhlükəli vəziyyətlərlə üzləşməsinə səbəb oldu. Nüvə silahına malik 230 milyonluq Pakistanın cavab zərbələri İslamabadın Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi. Ötən həftə Yaxın Şərq növbəti müharibə təhlükəsini yaşadı. Yenə də katalizator rolunda İran çıxış etdi. Tehran rejimi terrora qarşı mübarizə adı altında İraq, Suriya, hətta Pakistan ərazisini bombalamaqla dünyaya şok yaşatdı. Ümid etdi ki, hücumları cavabsız qalacaq, maksimum etiraz bəyanatlarıyla üzləşəcək. Düzdür, İraq və Suriya ilə bağlı gözləntilər özünü doğrultdu, amma Pakistan hücumları cavabsız qoymadı. Uzun illərdir İraqda sabitliyin olmaması, mərkəzi hakimiyyətin zəifliyi, bu ölkədə çox sayda…

Read More
Dünya 

Dörd günlük iş həftəsi sınaqdan keçiriləcək

Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq. Dörd günlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək. Nəşrin məlumatına görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək. Məqalə müəllifləri dörd günlük həftə tədqiqatının bu ilin avqust ayına qədər davam edəcəyinə aydınlıq gətirib. Təcrübədə 45 şirkət iştirak edəcək. Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər. APA

Read More
Dünya 

İran-Pakistan sərhədində silahsız insanlara hücum: Ölənlər var

İran-Pakistan sərhədi yaxınlığında Sistan və Bəlucistan əyalətində yerləşən Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub. Məlumata görə, naməlum şəxslər şəhərin silahsız sakinlərinə atəş açıblar. Ölənlərdən heç biri iranlı deyil. Qeyd edək ki, İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Mənbə: TASS

Read More
Dünya 

Hindistan və Fransa hərbi texnikanın birgə istehsalına dair razılığa gəliblər

Hindistan və Fransa vertolyotlar, sualtı qayıqlar da daxil olmaqla hərbi texnikanın birgə istehsalı barədə razılığa gəliblər. Məlumata görə, razılaşmalar Fransa prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub. Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyində süni intellektin istifadəsi sahələrində əlaqələri genişləndirmək barədə razılığa gəliblər. Mənbə: interfax

Read More
Dünya 

Türkiyədə güclü zəlzələ oldu – FOTO

Türkiyənin İzmir şəhəri və ətraf vilayətlərdə hiss edilən zəlzələ baş verib. Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, İzmir Menderesdə 8,51 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ Manisa və Aydın kimi ətraf vilayətlərdə də hiss olunub. Həmçinin Mərmərə dənizinin Mudanya sahillərində də üç bal gücündə zəlzələ olub. Zəlzələ 9,51 kilometr dərinlikdə qeydə alınıb.   Mənbə: Haber Global

Read More