Dünya 

Gürcüstan və Ermənistan dövlət sərhədinin delimitasiyasını sürətləndirəcəklər

“Gürcüstan və Ermənistan hakimiyyəti dövlət sərhədinin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirdiyi brifinqdə deyib. “Baş nazir Qaribaşvili ilə danışıqlar zamanı biz idarələrə Gürcüstan-Ermənistan sərhədinin delimitasiyasını başa çatdırmaq üçün təsirli addımlar atmaq barədə göstəriş vermək qərarına gəldik”, – Paşinyan bildirib. Qeyd edək ki, Gürcüstanın quru sərhədinin ümumi uzunluğu 1839 km-dir ki, bunun da 224 km-i Ermənistanla sərhəddir. Gürcüstan və Ermənistan SSRİ-nin dağılmasından sonra sərhədin delimitasiyası ilə məşğuldurlar. Mənbə: TASS

Read More
Dünya 

Şarl Mişel Avropa Parlamentinə seçkilərdə namizədliyini geri götürüb

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak etməmək qərarına gəlib ki, bu da onun hazırkı vəzifəsindən vaxtından əvvəl istefasına səbəb ola bilər. Qeyd olunur ki, siyasətçi səlahiyyət müddətinin sonuna qədər (əvvəlki) vəzifələrini tam qətiyyətlə yerinə yetirəcəyini vəd edib. Bu o deməkdir ki, o, 2024-cü il iyunun 6-9-da keçiriləcək AP seçkilərində iştirak edə bilməyəcək. Mənbə: TASS

Read More
Dünya 

Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq sazişi imzaladılar

Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında məlumat verib. “Son bir neçə aydır ki, biz bu saziş üzərində işləyirdik. Strateji tərəfdaşlıq memorandumunu imzalayacağımız barədə elan etmişdik”, – deyə Qaribaşvili bildirib. Onun sözlərinə görə, Ermənistan və Gürcüstan tarixən güclü müttəfiqlər və qonşulardır, bütün istiqamətlər üzrə yaxşı tərəfdaşlıq mövcuddur. İrakli Qaribaşvili bəyan edib ki, strateji tərəfdaşlıq haqqında sazişi Tbilisidə hər iki baş nazir imzalayıblar. O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyini deyib. Qaribaşvili həmçinin Paşinyanla iki…

Read More
Dünya 

Paşinyan: “İrəvanla Bakı arasında razılaşma regionda sülhün əsası olacaq”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib. “Yalnız biz ümumi olaraq qəbul edilmiş prinsiplərə əsaslanan sülh sazişini (Azərbaycanla – red.) razılaşdırıb imzalayandan sonra regionda sülh əldə olunacaq”, – deyə Paşinyan bildirib. O əlavə edib ki, saziş üzərində iş hələ də davam edir. Qey edək ki, Paşinyan cümə günü Tbilisiyə işgüzar səfərə gedib. O, artıq Gürcüstanın baş naziri ilə təkbətək danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında…

Read More
Dünya 

Zaxarova Rusiyanın NATO ölkələrinə hücum planı barədə açıqlama verdi

“Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında “Steadfast Defender-2024” təlimlərini keçirmək planları təxribat xarakteri daşıyır və hərbi insident riskini artırır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Manevrlər (“Steadfast Defender-2024”) açıq-aşkar təxribat xarakteri daşıyır. Bir neçə ay ərzində Norveçdən Rumıniyaya qədər olan ərazidə Rusiya sərhədləri yaxınlığında NATO-ya üzv 31 ölkədən, eləcə də İsveçdən 90 minlik qüvvələr qrupu fəal şəkildə fəaliyyət göstərəcək. Bu addım bilərəkdən vəziyyətin gərginləşməsinə yönəldilib və hərbi insident riskini artırır, son nəticədə də Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər”, – deyə Mariya Zaxarova…

Read More
Dünya 

Xarici KİV: “Fransanın regionla iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür”

Fransanın Cənubi Qafqaz ölkələri ilə iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür və bu o deməkdir ki, iki ölkə arasında əlaqələrin birdəfəlik pozulması Parisin həm Bakıda, həm də bütövlükdə regionda maraqlarına zərbə vuracaq. “Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Françesko De Palonun “Formiche” qəzetində dərc olunan məqaləsində deyilir. Qeyd olunub ki, Fransa parlamentinin yuxarı palatasının yalnız parlamentin mövqeyini əks etdirən və məcburi icraedici qüvvəyə malik olmayan (Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağıran) qətnaməsinə cavab olaraq, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bütün Fransa şirkətlərini, o cümlədən…

Read More
Dünya 

Türkiyədə daha bir avtobus qəzası olub

Türkiyənin Sivas şəhərində daha bir avtobus qəzası olub. Məlumata görə, avtobus Sivasın Kurtlapa kəndində yaxınlığında qəzaya uğrayıb. Avtobusda 40 nəfər olub, onların çoxu yaralanıb. Hadisənin səbəbi hələ ki, məlum deyil. Qeyd edək ki, bu gün səhər saatlarında Kastamonu şəhərində də avtobus qəzası olub. Nəticədə altı nəfər ölüb, 33 nəfər yaralanıb. Mənbə: Yenisafak

Read More
Dünya 

Yaponlar niyə 3-cü qan qrupu olan şəxsləri işə götürmürlər? – QƏRİBƏ SƏBƏB

Qan qrupuna görə insanların xasiyyətləri və xüsusiyyətləri müəyyənləşdirmək olur. Bu barədə müxtəlif xalqların inancından bildirilir. Yapon mədəniyyətində üçüncü qan qrupu olan insanların müəyyən mənfi xarakter xüsusiyyətlərinə və meyllərinə malik olduğuna dair bir inanc var. Onlar digər qan qruplarından olan insanlarla müqayisədə daha impulsiv, nizamsız və etibarsız hesab olunurlar. Bu inancın kökləri 1930-cu illərdə yapon professor Takeji Furukava tərəfindən yaradılmış məşhur bir nəzəriyyədədir. O, insanın qan qrupunun onun şəxsiyyət xüsusiyyətlərinə və davranışına təsir etdiyini qeyd edirdi. Furukavaya görə, üçüncü qan qrupu olan insanlar “eqoist” və “etibarsız” xarakterə malikdirlər. Bu nəzəriyyənin heç…

Read More
Dünya 

Çin “Ənsar Allah”la bağlı İrana xəbərdarlıq edib

Çin Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı ilə əlaqədar İrana müraciət edib. Pekin Tehrandan hərəkatın hücumlarını dayandırmağa kömək etməsini istəyib. Mənbə yazır ki, Çin və İran bu yaxınlarda Qırmızı dənizdə ticarət məsələlərini və “Ənsar Allah”ın hücumlarını müzakirə ediblər. “Danışıqlar zamanı Çin tərəfi bildirib ki, əgər onun maraqlarına hər hansı şəkildə zərər dəyərsə, Pekinin Tehranla ticarət əlaqələrinə xələl gələ bilər. Ona görə də İran bu məsələdə husilərə təsir etməlidir”, – deyə mənbə yazıb. Məlumat üçün əlavə edək ki, husilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra Çinin Avropa və Asiya arasındakı ticarət əlaqələrinə ciddi…

Read More