Dünya 

Dünyanın ən xoşbəxt ölkələri – TOP 10

2020-2022-ci illər üzrə dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb. Bu barədə “World Happiness Report 2023” hesabatında deyilir. Dünyanın ən xoşbəxt 10 ölkəsi bunlardır: 1. Finlandiya 2. Danimarka 3. İslandiya 4. İsrail 5. Hollandiya 6. İsveç 7. Norveç 8. İsveçrə 9. Lüksemburq 10. Yeni Zelandiya Siyahıda Rusiya 70-ci, Ukrayna 92-ci, Türkiyə 106-cı yerdə qərarlaşıb. Azərbaycan isə bu siyahıda yoxdur./İqtisadiyyat.az

Read More
Dünya 

Fransız fermerlər xarici dövlət nömrə nişanlı yük maşınlarının qarşısını kəsirlər

Fransada fermerlərin etiraz aksiyasının iştirakçıları xarici dövlət nömrə nişanlı yük maşınlarını saxlamağa və onlardan respublika hüdudlarından kənarda istehsal olunan məhsulları boşaltmağa başlayıblar. Xüsusilə, Overn-Rona-Alp departamentinin Montelimar kommunası yaxınlığında A7 şosesində bir neçə yük maşını saxlanılıb. Maşınlarda olan tərəvəz və meyvələrin böyük hissəsi ölkə sakinlərinə ərzaq yardımı göstərən “Heart Restaurants” xeyriyyə birliyinə verilib. Qalan mallar yolun ortasına atılıb və ya yandırılıb. “Bizim üzərimizə qoyulan şərtlərlə istehsal olunmayan daha bir xarici məhsul görmək istəmirik. Bütün bu məhsullar Fransada istehsal oluna bilər, lakin bu, çoxlu sayda qayda ilə məhdudlaşır”, – deyə fermerlər bildiriblər.…

Read More
Dünya 

Türkiyədə güclü zəlzələ baş verib – FOTO

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, Battalgazi rayonunda qeydə alınan təkanların ocağı 13,93 kilometr dərinlikdə yerləşib. Yerli sakinlərin sözlərinə görə, zəlzələ Kahramanmaraş və Şanlıurfada da hiss olunub. Avropa Seysmologiya Mərkəzi zəlzələnin 5,5 bal gücündə olduğunu bildirib.   Mənbə: CNN

Read More
Dünya 

Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Qeyd olunur ki, bu məsələ Ermənistan hökumətinin təsdiqindən sonra Konstitusiya Məhkəməsinə göndəriləcək. Səlahiyyətli orqan müsbət qərar verərsə, saziş ratifikasiya üçün parlamentə göndəriləcək. Missiya Ermənistan ərazisində 2023-cü il fevralın 23-dən fəaliyyət göstərir. İl ərzində missiyadakı şəxslərin sayı 100-dən 209-a çatıb. Avqustun sonunda Ermənistan Aİ ilə missiyanın statusunu möhkəmləndirən saziş imzalayıb. Ermənistan XİN-in məlumatına görə, saziş, əsasən, müşahidəçilərin ölkədə olmasının hüquqi aspektlərini, eləcə də onlar üçün uyğun həyat şəraitinin, məsələn, səhiyyə sahəsində, yaradılmasını tənzimləyir. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada hava gəmilərinin istehsalı sexində güclü yanğın baş verib – FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk şəhəri yaxınlığındakı Yelovoye kəndində hava gəmilərinin istehsalı sexində güclü yanğın baş verib. İstehsalat sexindən 40-a yaxın insan təxliyə edilib. Şahidlərin bildirdiyinə görə, yanğından çıxan tüstü, hətta Krasnoyarsk diyarının paytaxtından da görünüb. Hadisə yerində müvafiq qurumlar iş aparır. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda 1725 kvadratmetr sahədə yanğın lokallaşdırılıb. Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.   Mənbə: “KP.ru” “Telegram”

Read More
Dünya 

Yaponiyada 36 nəfəri öldürən şəxs edam olunacaq

Kioto Rayon Məhkəməsi 2019-cu ilin iyul ayında Yaponiyanın “Kioto Animation” animasiya studiyasını yandıraraq 36 nəfəri öldürən 45 yaşlı Sindzi Aobanı təqsirli bilib və ölüm cəzasına məhkum edib. Hakimiyyət cinayətkara ölüm cəzası istəyən yerli prokurorluğun vəsatətini təmin edib. Müdafiə tərəfi hücumçunun özündə olmadığını israr etsə də, hakim Aobanın ağlı başında və şüurlu olduğunu təsdiq edib. Qeyd edək ki, Sindzi Aoba 18 iyul 2019-cu ildə “Kioto Animation” studiyasında yanğın törədib. Yanğın zamanı 36 nəfər ölüb, 33 nəfər yaralayıb. Mənbə: TASS

Read More
Dünya 

ÜST açıqladı: Dünyada ən çox hansı ölkələrdə siqaret çəkilir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ən çox siqaret çəkən ölkələrin statistikasını açıqlayıb. Təşkilatın statistikasına görə, ən çox siqaret çəkən ölkələrin reytinqinə Nauru ada dövlətinin sakinləri başçılıq edirlər ki, bu ölkədə 36,9% insan siqaretdən istifadə edir. Reytinqdə ikinci yerdə 33,8%-lə Serbiya, üçüncü yerdə isə 33,4% göstərici ilə İndoneziya qərarlaşıb. Mənbə: KP.ru

Read More
Dünya 

Krasnodar diyarında zəlzələ baş verib – VİDEO

Rusiyanın Krasnodar vilayətində zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, seysmoloqlar Krasnodardan 29 km uzaqlıqda 4,5 bal gücündə təkanlar qeydə alıblar. Zəlzələ yerli vaxtla saat 14:19 (Bakı vaxtı ilə 15:19) baş verib. Ölənlər və xəsarət alanlar barədə hələlik xəbər yoxdur. Mənbə: TASS

Read More
Dünya 

Fransada fermerlərin etirazları bir neçə bölgədə nəqliyyatın hərəkətini iflic edib

Fransada insanlar dizel qiymətləri, inzibati yüklənmə və ekoloji məhdudiyyətlərdən narazı olduqları üçün etiraz aksiyası keçirirlər. Məlumata görə, təxminən 25 fermer Drom və İsere arasındakı A7 şosesində gecələyib. Sen-Pol-Trua-Şato və Sen-Rambert-d’Albon arasında yol bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. Kantal departamentində fermerlər A75 şosesində toplaşırlar. Bununla əlaqədar, səlahiyyətlilər Sen-Flour kommunasında bütün nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan ediblər. Brittani, Val-de-Luara və O-de-Frans bölgələrindəki bəzi yollarda da nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Mənbə: russian.rt

Read More
Dünya 

ABŞ-də şiddətli qar fırtınası can almağa davam edir: Ölənlərin sayı artır – VİDEO

ABŞ-də son bir həftə ərzində şiddətli qar fırtınası səbəbindən azı 92 nəfər həyatını itirib. Tennessi və Oreqonda ölümcül buz fırtınaları səbəbindən müvafiq olaraq 25 və 16 nəfərin ölməsindən sonra hər iki ştatda fövqəladə vəziyyət elan edilib. Həmçinin Missisipi, İllinoys, Pensilvaniya, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersidə də ölüm halları qeydə alınıb. Eyni zamanda ABŞ-də onminlərlə insan hava şəraiti səbəbindən işıqsız və susuz qalıb. Qarlı hava şəraitinin yaxın günlərdə səngiməsi gözlənilir. Mənbə: “CBS News”

Read More