Dünya 

Almaniyada xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı – FOTO

Almaniyanın Maqdeburq şəhərində həkimlər 24 yaşlı xəstədə nəhəng yumurtalıq şişi aşkar ediblər. 32 kiloqramlıq törəmə uğurla çıxarılıb. Məlumata görə, gənc xanım təngnəfəslik və ümumi halsızlıq şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı həkimlər onun yumurtalığında nəhəng xoşxassəli şiş – kistadenoma aşkar ediblər. Törəmə uzun müddət bağırsaqları və mədəni sıxıb, bu səbəbdən xəstə normal qidalana bilməyib və xeyli çəki itirib. Bir neçə saat ərzində şiş çıxarılıb. Qadın əməliyyatdan sonra bir həftə həkim nəzarətində olub və qənaətbəxş vəziyyətdə ambulator müalicəyə buraxılıb.   Mənbə: gazeta.ru

Read More
Dünya 

Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində yerə çırpılıb. Bildirilir ki, özəl təyyarə “Atletik Qrup”a məxsusdur və göyərtəsində 6 nəfər olub. Təyyarə Daşkənd üzərindən Moskvaya uçub. “Taliban” hərəkatının nümayəndələri hadisənin baş vermə şəraitini araşdırmaq üçün bölgəyə qrup göndərildiyini bildiriblər. Mənbə: TASS

Read More
Dünya 

Almaniya səmasında asteroid göründü – VİDEO

Yanvarın 20-dən 21-nə keçən gecə Almaniyanın şərqində yaşayan sakinlər asteroidin Yerə düşdüyünü müşahidə ediblər. Göy cisminin videosu sosial şəbəkələrdə yayılıb. Kadrlar Leypsiqdəki müşahidə kamerası tərəfindən qeydə alınıb. Bildirilir ki, asteroidin diametri təxminən bir metr olub və insanlar üçün təhlükə yaratmayıb. Böyük ehtimalla, onun qalıqları kiçik meteoritlər şəklində əraziyə səpələnib. Hazırda həmin meteoritlərin axtarışı aparılır. Mənbə: news.ru

Read More
Dünya 

Kamçatkada zəlzələ baş verib

Kamçatkada 5,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə mətbuat xidməti məlumat verib. “Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yanvarın 21-də axşam saatlarında Sakit Okeanda nəzərəçarpacaq seysmik hadisə qeydə alınıb. Zəlzələ Petropavlovsk-Kamçatskdan 124 kilometr şərqdə, 45 kilometr dərinlikdə baş verib. Seysmik hadisənin maqnitudası 5,0 olub”, – məlumatda deyilir. Bildirilir ki, bölgənin bəzi ərazilərində nisbətən zəif – 3 bal gücündə yeraltı təkanlar hiss olunub. Heç bir dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Mənbə: TASS

Read More
Dünya 

Lukaşenko odun doğrayarkən xəsarət alıb

Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb. Bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı zavodun işçiləri ilə birbaşa ünsiyyətdə olarkən bildirib. “Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac ayağıma düşdü”, – Lukaşenko deyib. O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və “normal yeriyib”, lakin sonra xəsarət alan hissə şişib. Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub. Mənbə: lenta.ru

Read More
Dünya 

Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər

Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə biləcəyini gözləyir. Hərçənd, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır. Rəisinin iki dəfə təxirə salınan səfəri isə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. Mənbə: turkiyegazetesi

Read More
Dünya 

Putin dini ayin yerinə yetirdi – FOTO/VİDEO

Rusiya Prezidenti Vladimir Putin ənənəvi olaraq keçirilən vəftiz ayinini yerinə yetirib. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. “Bəli, ənənəvi olaraq, bu səhər o, vəftiz münasibətilə bunu etdi”, – deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. Xatırladaq ki, Rusiya Prezidenti ənənəvi olaraq vəftiz ayinini yerinə yetirir və buz dəliyində çimir. O, sadəcə 2022-ci ildə – pandemiyanın ən qızğın vaxtında istisna olaraq bunu etməyib.     Mənbə: LİFE.ru

Read More