Dünya 

Çində məktəb yataqxanasında faciə: Ölənlər var

Çinin mərkəzi Henan əyalətində məktəb yataqxanasında yanğın baş verib. Hadisə nəticəsində ölənlər var. Bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb. Yanğın xəbərin aidiyyəti quruma daxil olmasından 38 dəqiqə sonra söndürülüb. Faciə zamanı 13 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir. Hazırda hadisənin səbəbi müəyyənləşdirilir. İstintaqa başlanılıb. Mənbə: Lenta.ru

Read More
Dünya 

“Çember-11” əməliyyatı: Türkiyədə axtarışda olan minlərlə qaçaq tutulub

Türkiyədə son beş gündə 81 vilayətdə “Çember-11” adlı əməliyyat keçirilib. Bu barədə Türkiyə daxil işlər naziri Ali Yerlikaya məlumat verib. “Son beş gündə 81 vilayətdə həyata keçirilən əməliyyatlar nəticəsində axtarışda olan 3209 qaçaq tutuldulub. Mən istəyirəm ki, əziz xalqım bilsin, qaçan cinayətkarların küçələrimizdə sərgərdan gəzməsinə heç vaxt icazə verməyəcəyik”, – nazir əlavə edib. Mənbə: Haber Global

Read More
Dünya 

Rusiyada başqırd fəala görə aksiyalar davam edir – FOTO/VİDEO

Başqırdıstanda (Rusiya) dörd il müddətinə azadlıqdan məhrum edilən Fail Alsınova dəstək məqsədilə paytaxt Ufada etiraz aksiyası keçirilib. Mərkəzi meydanda iki minə yaxın insan toplaşıb. Aksiya bir müddət sonra polislə qarşıdurmaya çevrilib, saxlanılanlar var. Məlumata görə, tutulan aktivistlərin üzərində “kara xalık” (“qara camaat”) yazılan geyimlər olub. Xatırladaq ki, məhz bu sözlər Fail Alsınova qarşı “nifrət və ya düşmənçiliyi qızışdırmaq” maddəsi ilə işin başlanmasına səbəb olub. İstintaq bu bəyanatı Qafqaz və Mərkəzi Asiya sakinlərinə qarşı təhqir kimi qiymətləndirib. Beləliklə, Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınov dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökm oxunan gündən…

Read More
Dünya 

İranın keçmiş prezidentini kim öldürüb? – VİDEO

Yanvar ayı İran İslam Respublikasının tarixində ən önəmli siyasi fiqurlardan birinin – keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin vəfat etdiyi aydır və hər il olduğu kimi, bu il də onun ölümünün ildönümü münasibətilə İranda anım mərasimləri keçirilib. Lakin bu ildönümləri bir qayda olaraq, təkcə mərasimlərlə deyil, Rəfsəncaninin şübhəli ölümünün detalları barədə müxtəlif qalmaqallı açıqlamalarla yadda qalır. Bu dəfə də belə olub: Rəfsəncaninin böyük qızı Fatimə Haşiminin ötən həftə nüfuzlu “Etimad” qəzetinə verdiyi müsahibədə  söylədiyi fikirlər, necə deyərlər, bomba kimi partlayıb və İran cəmiyyəti və mətbuatında hələ də səngiməyən qızğın müzakirələrə yol açıb. Bu barədə…

Read More
Dünya 

Surqutdan Moskvaya uçan təyyarə davakar sərnişinə görə təcili eniş edib – VİDEO

Rusiyada Surqutdan Moskvaya uçan təyyarə sərnişinin zorakılığına görə Perm hava limanında təcili enməli olub. Ekipaj üzvlərinin sözlərinə görə, sərnişinlərdən biri, 40 yaşlı Ramil Şamelov bir stəkan suya toz halında olan maddə töküb və onu qəbul etdikdən sonra nalayiq hərəkətlər etməyə başlayıb. O, stəkanı sındırıb, əllərini kəsib və sərnişinlərə tüpürüb. Kişini çətinliklə oturacağa bağlayıblar. Təyyarə Permdə eniş edib və həmin şəxs polisə təhvil verilib. Mənbə: “Baza” “Telegram” kanalı

Read More
Dünya 

Rusiyalı diplomatdan Ermənistandakı bazanın taleyi ilə bağlı AÇIQLAMA

“Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil”. Bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. “Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də, bazanın çıxarılması məsələsi gündəmdə yoxdur”, – Kopırkin Ermənistan hakimiyyəti tərəfindən Rusiya bazasının bağlanması və rus sərhədçilərin çıxarılması ilə bağlı siqnalların olub-olmadığı sualına cavab verərkən deyib. O, Moskvanın belə siqnallar almadığını vurğulayıb. Mənbə: RİA Novosti

Read More
Dünya 

Türkiyə Hərbi Dəniz Qüvvələri arsenalına yeni gəmilər daxil olacaq – FOTO

19 yanvar 2024-cü il tarixində Türkiyə Hərbi Dəniz Qüvvələrinin arsenalına yeni gəmilər daxil olacaq. Bu barədə “Defence Turk” “X” hesabında məlumat verilib. Məlumata görə, İSTİF Sinfi Friqat Layihəsinin ilk gəmisi “TCG İSTANBUL” freqatı, dəniz təchizatı və müharibəyə dəstək gəmisi “TCG DERYA”, logistik dəstək gəmisi “TCG Üsteğmen Arif Ekmekçi” və “MARLIN” pilotsuz dəniz cihazının istismara verilməsi mərasimi Yalovada baş tutacaq.  

Read More
Dünya 

Ermənistanda təşviş: Orduda ölüm və intiharların sayı artıb

“Ermənistanda sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır”. Bu barədə Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan xəbər verib. “Sülh dövründə orduda ölənlərin, o cümlədən intihar edənlərin sayı dinamik şəkildə artmaqdadır”, –  deyə Yeqoyan bildirib. “Bu, silahlı qüvvələrdə nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. Əgər 2022-ci ildə 64 ölüm hadisəsi baş veribsə, 2023-cü ildə daha çox ölüm qeydə alınıb”, – o əlavə edib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

ABŞ-də Fransanın hədiyyə etdiyi Azadlıq heykəlinin sökülməsi təklif olunub – VİDEO

Demokrat konqresmen Maksvell Frost Azadlıq heykəlinin sökülməsini təklif edib. Məlumata görə, ideya ABŞ-də immiqrasiya siyasəti və Respublikaçılar Partiyasının ona münasibəti ilə bağlı qızğın müzakirələr fonunda yaranıb. Nümayəndələr Palatasının iclasında Frost həmkarlarını immiqrantlarla rəftarlarına və sığınacaq prosesini kəskin şəkildə məhdudlaşdıracaq və qeyri-qanuni mühacirlərə nəzarət etmək üçün daha sərt siyasətlər yaradacaq geniş “İHR2” qanun layihəsinə görə tənqid edib. “İmmiqrantlar onlara təklif olunandan daha yaxşısına layiqdirlər. Ona görə də azadlıq istəyinin və ABŞ arzusunun simvolu olan Azadlıq Heykəli sökülməlidir”, – deyə konqresmen bildirib. Mənbə: Kp.ru

Read More