Dünya 

Çin iki həftə ərzində COVID-19 pandemiyasının başlandığını gizlədib

Çinli elm adamları ölümcül koronavirusu ölkə hakimiyyətinin bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirməsindən iki həftə əvvəl müəyyən ediblər. Bu barədə ABŞ Səhiyyə Nazirliyinin məlumatında deyilir. Çinli tədqiqatçı 28 dekabr 2019-cu ildə SARS-CoV-2 strukturunun, demək olar ki, tam ardıcıllığını verilənlər bazasına yükləyib. Bu bazanın ABŞ hökuməti tərəfindən idarə olunduğu məlum olub. Ekspertlərin fikrincə, bu iki həftə COVID-19 pandemiyasına qarşı mübarizədə mühüm rol oynaya bilərdi. Bu, təkcə virusun necə yayıldığını müəyyən etməyə deyil, həm də vaksinlərin və qoruyucu vasitələrin vaxtında hazırlanmasına aiddir. “Bu, Çin hökumətinin yaydığı məlumatların düzgünlüyünə dair nə qədər ehtiyatla…

Read More
Dünya 

İran Xarici İşlər Nazirliyi Pakistanın müvəqqəti işlər vəkilini çağırıb

İran Xarici İşlər Nazirliyi Pakistanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb. Məlumata görə, diplomat Pakistan Silahlı Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətindəki hədəflərə son hücumu ilə bağlı aydınlıq gətirmək üçün çağırılıb. İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Mənbə: TASS

Read More
Dünya 

Alimlər ölüm nisbəti 100 faiz olan koronovirus növü yaradıblar

Çin alimləri beyinə hücum edən və “insanlaşmış” siçanlar üzərində təcrübədən keçirdikləri 100% öldürücü olan “koronavirusun mutant ştammı”nı sınaqdan keçirirlər. “Daily Mail” Pekin alimlərinin tədqiqatının dərc olunmamış ilkin nəşrinə istinadən iddia edir ki, çin ordusu ilə əlaqəli olan elm adamları panqolinlərdə tapılan və GX_P2V kimi tanınan COVID-ə bənzər virusu klonlaşdıraraq “insanlaşmış” siçanları yoluxdurublar. Nəticədə siçanların hamısı ölüb. Onlar bununla 100% öldürücü olan bir COVID ştammını yaratmış olublar. Nəşr eyni zamanda bu tədqiqatın təhlükələri ilə bağlı bir neçə alimin fikrinə istinad etsə də, tədqiqata keçid vermir və araşdırmanı hələ dərc etmir.

Read More
Dünya 

İstanbulda “Lunapark”da atışma olub, uşaqlarını qorumaq istəyən ata yaralanıb – VİDEO

Türkiyənin İstanbul şəhərindəki “Lunapark”da atışma baş verib. Məlumata görə, parkda gəzişən iki oğlan orada olan digər bir oğlana atəş açmağa başlayıb. Buna səbəb vurulan oğlanın atəş açan oğlanın bacısının sevgilisi olması imiş. Hücum nəticəsində atışmadan uşaqlarını qorumaq üçün müdaxilə etməyə çalışan ata yaralanıb. Hadisə yerinə gələn polislər atəş açan oğlanları yaxalayaraq polis bölməsinə aparıblar. Onlardan biri həbs edilib, digəri isə sərbəst buraxılıb. Mənbə: Aykiri

Read More
Dünya 

Rusiyadakı Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Moskvada ölü tapıldı – FOTO

Rusiyadakı Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvada ölü tapılıb. Lukutsovanın meyiti Moskvadakı mənzilində aşkarlanıb. İlkin ehtimallara görə, ölüm təbii səbəblərdən baş verib. 74 yaşlı qadın xərçəngin dördüncü mərhələsində olub. Lukutsova 2006-2021-ci illərdə Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə məhkəmə ona Moskva yaxınlığındakı sanatoriyanı qanunsuz olaraq satmaq istədiyinə görə dələduzluq ittihamı üzrə dörd il şərti iş verib.   Mənbə: Life.ru

Read More
Dünya 

BMT sülhməramlısı Afrikada həlak olub

Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının şimal-qərbində öldürülüb. Bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) məlumat yayıb. “Mbindeyl kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, MINUSMA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır. Mənbə: TASS

Read More
Dünya 

Türkiyənin 28 vilayətində ANTİTERROR ƏMƏLİYYATI: Xeyli sayda şübhəli şəxs tutuldu

Türkiyənin daxili işlər naziri Yerlikaya 28 vilayətdə Separatçı Terror Təşkilatına (BTÖ) qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-43” əməliyyatının keçirildiyini və 165 şübhəlinin ələ keçirildiyini açıqlayıb. “Əziz xalqımızın rahatlığı, sülhü və həmrəyliyi üçün heç bir terrorçuya dözməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik”, – deyə Yerlikaya açıqlamasında bildirib. Qeyd edək ki, “Qəhrəmanlar-43” əməliyyatı Adana, Adıyaman, Ağrı, Ankara, Antalya, Batman, Balıkesir, Denizli, Diyarbakır, Qaziantep, Hakkari, Hatay, Iğdır, İstanbul, İzmir, Qars, Kilis, Kocaeli, Manisa, Mardin, Mersin, Muğla, Osmaniye, Rize, Siirt, Şırnak, Tekirdağ və Vanda keçirilib. Mənbə: Haber Global

Read More
Dünya 

Rusiya Ermənistana silah göndərib

“Rusiyadan silah partiyası artıq Ermənistandadır”. Bu barədə hakim Vətəndaş Sazişi Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, hərbi təyinatlı məhsullar bu yaxınlarda gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Read More
Dünya 

Yaponiyanın şimalında hava limanında iki təyyarə toqquşub

Yaponiyanın Hokkaydo şimal prefekturasındakı Sin-Titose hava limanında “Korean Air” və “Cathay Pacific” şirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub. Məlumata görə, toqquşma yerdə baş verib. Hələlik itkilər barədə məlumat yoxdur. Qeyd edilir ki, Hokkaydoda güclü qar yağdığından insidentə səbəb görüntünün zəif olması ola bilər. Mənbə: TASS

Read More
Dünya 

Türkiyədə dəhşətli avtobus qəzası: Doqquz nəfər həlak olub – FOTO/VİDEO

Türkiyədə Antalyadan Mersin istiqamətinə doğru hərəkət edən avtobus qəzaya uğrayıb, hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var. Bu barədə Mersin valiliyindən xəbər verilib. Bildirilir ki, avtobus Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb, daha sonra aşıb. “Təəssüf ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus xəndəyə aşıb. Qəza nəticəsində doqquz vətəndaşımız həlak olub, 30 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib”, – deyə administrasiyadan bildirilib. O da vurğulanır ki, yaralılardan 13-nün vəziyyəti ağır qiymətləndirilir.   Mənbə: TRT Haber

Read More