Dünya 

Rusiyada güclü zəlzələ baş verib

Rusiyada 5,7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Buryatiya vilayətinin Kurumkanski rayonunda qeydə alınıb. Zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub. Hadisə nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib. Mənbə: TASS­­

Read More
Dünya 

Roma Papası Vatikanda Moskva və Kiyev arasında danışıqlar təşkil etməyi planlaşdırır

Papa Fransisk Vatikanda Rusiya və Ukrayna arasında danışıqlar təşkil etmək istəyir. Məlumata görə, hazırda papa sülh danışıqları ilə bağlı mini sammit hazırlayır. Hazırlıqlar zamanı onlar Rusiya və Ukrayna diplomatları ilə danışıqlar aparmaq və mövqeləri müqayisə etmək üçün Vatikana nümayəndə dəvət etmək ideyasını inkişaf etdirirlər. Hazırda Papanın özü məsləhətləşmələr aparır. Qeyd edək ki, bundan əvvəl Papa Milad müraciətində müharibələrə son qoymağa çağırıb. O qeyd edib ki, dünyada silah istehsalı və ticarəti artdığı üçün sülhdən danışmaq mümkün deyil. Mənbə: gazeta.ru

Read More
Dünya 

Gürcüstanda “Mamedov” soyadı ilk beşlikdə

“Mamedov” soyadı Gürcüstanda ən çox yayılmış soyadlar siyahısına daxildir. Bunu ölkənin Milli Statistika Komitəsinin məlumatları sübut edir. Siyahıya əsasən, bu soyad ölkədə populyarlığına görə beşinci yerdədir (15 153 nəfər). Ümumilikdə isə qonşu ölkədə ən çox yayılmış soyad Beridzedir (29 963 nəfər). Siyahını daha sonra “Kapanadze”, “Gelaşvili” və “Maysuradze” soyadları davam etdirir. Mənbə: “Channel in Georgia” “Telegram” kanalı

Read More
Dünya 

Ekvadorda iğtişaşlar: Saxlanılanların sayı 1300-ü keçdi

Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 1327 nəfəri saxlayıb. Bu barədə prezident Daniel Noboanın administrasiyası məlumat verib. Qeyd edək ki, Ekvadorda vəziyyət yanvarın 7-də “Los Choneros” qruplaşmasının “Fito” ləqəbli lideri həbsxanadan qaçdıqdan sonra daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girovgötürmə halları baş verib. Yanvarın 8-də Ekvador prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Mənbə: TASS

Read More
Dünya 

London metrosunda “kabus izləri” peyda olub – FOTO

Britaniya paytaxtının ictimai nəqliyyatını idarə edən “Transport for London” (“TfL”) şirkəti Londonun nəqliyyat sisteminin “Elizabeth line” xəttinin platformalarında peyda olan “kabus izləri”ndən qurtulmağa çalışır. İnsanların siluetlərini xatırladan həmin izlər başqa dünyadan gələnlərə aid deyil. Sərnişinlər daim kürəklərini divara söykədikləri üçün divarda izlər formalaşır. London meriyası məsələ ilə bağlı açıqlama verib: “TfL” şəbəkəsi üzrə bütün stansiyalarda sərnişinlərin təmiz və təhlükəsiz mühitdə hərəkətini təmin etmək üçün ciddi təmizlik proqramı var”. “Elizabeth Line” stansiyalarında oturacaqların arxasındakı divarları təmizləmək, izləri aradan qaldırmaq və gələcək üçün qorumaqdan ötrü əlavə yollar axtarır”, – deyə  “TfL”dən bildirilib.…

Read More
Dünya 

Türkiyədə 95 tələbə qidadan zəhərlənib

Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib. Onlardan 72-si xəstəxanaya yerləşdirilib. Məlumata görə, tələbələr axşam yeməyi zamanı tantunidən zəhərləniblər. Yeməkdən bir müddət sonra onlarda ürək bulantısı, baş gicəllənməsi kimi hallar müşahidə olunub. Qeyd edək ki, tələbələrin vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır. Mənbə: cnnturk

Read More
Dünya 

Saxalində qar siklonu: Narıncı təhlükə səviyyəsi elan edildi – FOTO/VİDEO

Rusiyanın Saxalin vilayətini qar siklonu vurub. Regionda narıncı təhlükə səviyyəsi elan edilib. Əlverişsiz hava şəraiti səbəbindən Cənubi Saxalin-Dolinsk avtomobil yolunda iki sərnişin avtobusu aşıb və xəndəyə uçub. Qarlı havaya görə dörd magistral yol bağlanıb. Cənubi Saxalin hava limanı hava şəraiti və görmə məsafəsinin pisləşməsi səbəbindən 10-dan çox reysdə gecikmələr olduğunu açıqlayıb. Həmçinin altı eniş və altı uçuş reysi ləğv edilib. “Hazırda uçuşlar təhlükəlidir və qeyri-mümkündür”, – deyə hava limanının idarəetmə mərkəzinin koordinasiya üzrə rəhbəri Mark Saxno bildirib. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən Cənubi Saxalin vilayətinin yeddi rayonunda məktəblilərin distant təhsilə…

Read More
Dünya 

Siyasi gərginlikdən sonra Qvatemala prezidenti vəzifəsinin icrasına başladı – YENİLƏNİB + VİDEO

Qvatemalada yaşanan qarışıqlığa baxmayaraq yeni seçilən prezidentin inauqurasiya mərasimi keçirilib. Andiçmə mərasimi planlaşdırılandan bir neçə saat sonra baş tutub. Mərasim yerli kanallarda canlı yayımlanıb. Bildirilir ki, Bernardo Arevalo artıq rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Mənbə: TASS 11:02 Qvatemalanın seçilmiş prezidenti Bernardo Arevalonun andiçmə mərasimi Respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır. Bildirilir ki, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edir ki, onun rəqibləri mərasimi qəsdən gecikdirirlər. “Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiyanı qanunsuzluq və hakimiyyətdən sui-istifadə ilə sarsıtmağa cəhd…

Read More
Dünya 

İranda bir gündə 10-dan çox məhbus edam olundu – FOTO

İranın Kərəc şəhərinin mərkəzi həbsxanasında bir gündə 11 məhbus dar ağacından asılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına (HRANA) istinadla xəbər verib. Bildirilir ki, edam edilən məhbuslardan beşi narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilib, qalanlarının ittihamları isə hələlik bəlli deyil. Bununla yanaşı, Xürrəmabadın Parsilun həbsxanasında daha bir məhbusun edam hökmü icra edilib. Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və ikisi yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Read More
Dünya 

Braziliyada təbii fəlakət: Elektrik naqilləri qırılıb suya düşdü, xeyli sayda ölən var – VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində leysanın səbəb olduğu daşqınlar nəticəsində azı 11 nəfər ölüb. Bu barədə yerli xilasetmə xidmətləri məlumat yayıblar. Bildirilir ki, insanlar naqillərin qırılması nəticəsində elektrik cərəyanı vurmasından, torpaq sürüşməsindən və qayaların uçmasından həlak olublar. Axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətə dördüncü təhlükə səviyyəsi (beş mümkün səviyyədən) verilib, buna görə şəhərdə fövqəladə vəziyyət elan edilib. Mənbə: RİA Novosti

Read More