Dünya 

İntim videosu yayılan iranlı məmur həbs edilib – FOTO

Daha öncə həmcinsi ilə intim videosu yayılan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Seqəti və onun partnyoru həbs ediliblər. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, beş ay öncə intim videoları yayılan hökumət rəsmisi Tehrana çağırılaraq daha yüksək vəzifəyə təyin edilib.

Read More
Dünya 

Rusiya regionunda müəllimlərə “WhatsApp”dan istifadə qadağan edilib

Tomsk vilayətində dekabrın 1-dən etibarən müəllimlərə “WhatsApp”dan iş məqsədləri üçün istifadə etmək rəsmən qadağan edilib. Məlumata görə, yeni tələbə əməl etməkdən imtina əmək intizamının pozulması kimi qiymətləndiriləcək. Bildirilir ki, həmkarlar və valideynlərlə təhlükəsiz ünsiyyət üçün müəllimlər “Sferum” rəqəmsal platformasından, həmçinin “VKontakte” mesencerindən istifadə edəbilərlər. Müəllimlər əcnəbi mesencerdə əlaqə saxlamağa davam edərsə, onlara qarşı tədbir görüləcək. Mənbə: gazeta.ru

Read More
Dünya 

ABŞ-də tornado nəticəsində altı nəfər ölüb

ABŞ-nin Tennessi ştatında baş verən tornado nəticəsində ən azı altı nəfər həlak olub. Məlumata görə, daha 23 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bildirilir ki, tornado binanın çökməsinə səbəb olub. Dağıntılar altında bir neçə nəfər qalıb, onların sayı hələ müəyyən edilməyib. Həmçinin, təbiət hadisəsi nəticəsində 76 mindən çox Tennessi sakini işıqsız qalıb.

Read More
Dünya 

Qazaxıstan sakinlərinə ŞOK XƏBƏRDARLIQ: 380 dərəcə şaxta olacaq?

Qazaxıstan sakinlərinə mənfi 380 dərəcə soyuq havanın başlaması ilə bağlı səhvən xəbərdarlıq edilib. ARANTV.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, “Tele2” mobil operatorunun abunəçiləri şaxtanın yaxınlaşması barədə xəbərdarlıq alıblar. “08.12.23-də Şimali Qazaxıstan vilayətinin ərazisində mənfi 380 dərəcəyə qədər güclü şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, – deyə məlumatda bildirilib. “Tele2″nin mətbuat xidmətindən bildiriblər ki, məlumatı göndərən 112-dir: “Bu konkret olaraq texniki xətadır. Xəbər bülletenində dərəcə (°) işarəsi sıfırla əvəz edilib”, – deyə şirkət izah edib. Bundan əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzi yaxın vaxtlarda Moskvada…

Read More
Dünya 

Ərdoğan: “BMT-də mütləq islahatlar aparılmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoymasına görə kəskin tənqid edib. O, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb. “Təəssüf ki, Təhlükəsizlik Şurasının bir daimi üzv – ABŞ-yə görə atəşkəs qətnaməsi rədd edildi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ ilə bu, mümkün deyil”, – Türkiyə lideri bildirib. “BMT-də mütləq islahatlar aparılmalıdır”, – o vurğulayıb. Mənbə: Haber Global

Read More
Dünya 

Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb

“Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi “yeni ərazi reallıqlarını” qəbul etsin”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Frans Press” (AFP) agentliyinə bildirilib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür. Qadın diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq. Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin “Koreya” modelini zorla tətbiq…

Read More
Dünya 

Leo Dokerti: “Azərbaycan və Ermənistanın birgə bəyanatı ruhlandırıcıdır” – FOTO

“Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanat ruhlandırıcıdır”. Bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti öz “X” hesabında yazıb. “Hər iki ölkəyə son səfərim zamanı vurğuladığım kimi Böyük Britaniya onların tarixi və davamlı sülhə nail olmaq səylərini tam dəstəkləyir”, – deyə britaniyalı nazir bildirib.  

Read More
Dünya 

Hava şərtləri Avropanı oyadır – “ölmüş” enerji layihələri canlanır

Havaların kəskin soyuqlaşması Avropa ölkələrinin yeraltı anbarlardakı qaz ehtiyatlarından getdikcə daha çox istifadə etmələrinə səbəb olur. Gas Infrastructure Europenin (GIE) məlumatına görə, Avropanın yeraltı anbarlardan (UGS) qaz çəkməsi istilik mövsümünün ilk ayında 9 milyard kubmetri ötüb. Bu, keçən illə müqayisədə aşağı olsa da, son beş il ərzində orta göstəricidən 28 faiz yüksəkdir. GIE-nin hesablamalarına əsasən, dekabrın 6-da Aİ ölkələrindəki yeraltı anbarlardan 655 milyon kubmetr qaz götürülüb, 10 milyon kubmetr vurulub. Hazırda Avropanın anbarları  92,15 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,11 faiz bəndi yüksək), onlarda…

Read More
Dünya 

Noyabrda qlobal ərzaq bazarında qiymətlər necə dəyişib?

2023-cü ilin noyabr ayında dünya ərzaq qiymətləri 2022-ci ilin noyabr ayı ilə müqayisədə 10,7 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən yenidən işlənmiş oktyabr səviyyəsi ilə müqayisədə isə noyabrda ərzaq qiymətləri indeksi dəyişməyərək 120,4 bal təşkil edib. Taxılın qiymət indeksi oktyabr ayı səviyyəsindən 3 faiz, ötən ilin rekord dəyərindən isə 19,4 faiz aşağı olub. ARANTV.AZ  xəbər verir ki, yem taxıllarının dünya qiymətləri ay ərzində ən əhəmiyyətli dərəcədə – 5,6 faiz azalıb ki, bu da ilk növbədə qarğıdalının dünya qiymətlərinin kəskin azalması ilə əlaqədar olub. Bitki yağının…

Read More