Dünya 

Filippin sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı açıqlanıb

Filippin sahillərində baş verən zəlzələdə azı yeddi nəfərin öldüyü məlum olub. Hadisə zamanı iki nəfərin hələ də itkin düşdüyü bildirilir. Qeyd edək ki, Filippin sahillərində yeddi bal gücündə zəlzələ noyabrın 17-də baş verib. yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 57 km cənub-şərqdə olub. Zəlzələ ocağı 57 km dərinlikdə yerləşib. Mənbə: TASS

Read More
Dünya 

Yanuş Buqayski: “Azərbaycan Qafqazda konstruktiv oyunçuya çevrilə bilər”

“Bütün müharibələr mütləq fəlakətlə bitmir. Əslində, onların bəziləri daha böyük regional sabitliyə şərait yarada bilər”. Bu fikirlər “Jamestown Foundation”in baş əməkdaşı, “Uğursuz dövlət: Rusiyanın parçalanmasına bələdçi” kitabının müəllifi Yanuş Buqayskinin “Politico” nəşrində dərc olunmuş məqaləsində əksini tapıb. Həmin məqalənin bir hissəsini təqdim edirik: “Azərbaycan bu ilin sentyabrında hərbi hücumla işğal olunmuş ərazilərini geri qaytardıqdan sonra, Ermənistanla otuz ildir davam edən silahlı münaqişədən sonra dünya bu ölkənin Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilməsi ehtimalı ilə üzləşdi. Lakin uğur qazanmaq üçün belə bir transformasiya ABŞ və Avropa İttifaqından daha çox koordinasiyalı fəaliyyət tələb edəcək. Birinci prioritet,…

Read More
Dünya 

Ermənistan Roma Statutunun ratifikasiya sənədini BMT-yə təqdim etdi – FOTO

Ermənistan Roma Statutunun ratifikasiya sənədini saxlanması üçün BMT-yə təqdim edib. Bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna öz “X” hesabında paylaşım edib. “Və budur, hazırdır, Ermənistan ratifikasiya sənədini BMT-yə təqdim etdi. İndi Ermənistan ərazisində törədilmiş hərbi cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxıla bilər”, – deyə paylaşımda qeyd edilib.  

Read More
Dünya 

Ermənistanın Türkiyə ilə sərhədindəki keçid məntəqəsində işlər başa çatır

Ermənistanla Türkiyənin sərhədində “Marqara” keçid məntəqəsinin tikintisi gələn həftə başa çata bilər. Ermənistan mediasının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan deyib. “Məntəqədə işlər demək olar hazırdır. Tikinti müqaviləsində müəyyən edilmiş konkret müddətlər var. Amma gələn həftə o, çox güman ki, hazır olacaq. Demək olar ki, bütün işlər görülüb”, – deyə o bildirib. R.Badasyan Ermənistan-Türkiyə sərhədinin açılış tarixi  ilə bağlı məsələlərə münasibət bildirməyib və bunun onun səlahiyyətinə aid olmadığını qeyd edib. Qeyd edək ki, bu il mayın 27-də bildirilib ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara”…

Read More
Dünya 

Filippin sahillərində güclü zəlzələ qeydə alınıb

Filippin sahillərində yeddi bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 57 km cənub-şərqdə olub. Zəlzələ ocağı 57 km dərinlikdə yerləşib. Mənbə: TASS

Read More
Dünya 

İstanbulda güclü yanğın: Kimyəvi maddə anbarında partlayışlar olub – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda kimyəvi maddələrin saxlanıldığı anbarında yanğın baş verib. Məlumata görə, yanğın bir anın içində bütün anbarı bürüyüb. Orada olan kimyəvi maddələr kiçik partlayışlara da səbəb olub. Hadisə yerinə xilasetmə, həkim və polis qrupları cəlb edilib. Yanğınla mübarizə apararkən digər rayonlardan gücləndirmə dəstələri və su çənləri bölgəyə yönəldilib. Yanğını söndürmək üçün işlər davam edir. Polis qrupları da ətrafda təhlükəsizlik tədbirləri görürlər. Yanğının başvermə səbəbi məlum deyil.   Mənbə: trthaber.com

Read More
Dünya 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 13 terrorçunu zərərsizləşdirdi – VİDEO

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında həyata keçirilən “Pence-Kilit” əməliyyatı çərçivəsində 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” kanalında məlumat verilib. “Qəhrəman Türk Silahlı Qüvvələrimiz “Axtar, tap, yox et!” şüarı ilə terrorçuların üzərinə dəmir yumruğunu endirməyə davam edir! İraqın şimalındakı “Pence-Kilit” əməliyyatı çərçivəsində və Hakurk bölgələrində aşkarlanan 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!”, – deyə paylaşımda qeyd edilib.

Read More
Dünya 

Moskva metrosunda silahlı insident baş verib

Rusiyanın paytaxtında, metroda bir nəfər pnevmatik silahdan atəş açıb. Məlumata görə, insident bu gün səhər saatlarında metronun “Ryazanski prospekt” stansiyasında baş verib. Atəş açan şəxs polis tərəfindən artıq saxlanılıb. Vətəndaş izahatında digər sərnişini qorxutmaq istədiyini bildirib. Qeyd edək ki, digər təfərrüat hələlik məlum deyil. Mənbə: Lenta.ru

Read More
Dünya 

İrəvanda baş verən partlayış zamanı xəsarət alanların sayı açıqlandı – YENİLƏNİB + VİDEO

İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasında baş verən partlayış zamanı üç nəfər ağır xəsarət alıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 10:42 Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib. Məlumat və hadisənin baş verdiyi yerin yaxınlığında çəkilən görüntülər Ermənistanın “Telegram” kanallarında paylaşılıb. İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib. Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər. İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.…

Read More