Dünya 

Aİ Kiyevə müharibə başlayandan bəri 90 milyard avro yardım edib

“Avropa İttifaqı (Aİ) Ukraynaya müharibə başlayandan bəri təxminən 90 milyard avro məbləğində yardım edib”. Bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, köçürülən yardımın 27 milyardı silahdır. “Biz onların tərəfində möhkəm dayanmalıyıq”, – deyə Lyayen əlavə edib. AK rəhbəri, həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanı silahla təmin etməyə davam etməlidir. O qeyd edib ki, bunun üçün hərbi sənayeni genişləndirmək və silah istehsalını artırmaq lazımdır. “Biz artıq bunu etməyə başlamışıq və hesab edirəm ki, biz bunu ABŞ ilə əməkdaşlıqda etməliyik”,…

Read More
Dünya 

İsrail Türkiyədən bütün diplomatlarını geri çağırır

İsrail səfir də daxil olmaqla, Türkiyədən bütün diplomatlarını geri çağırmağa qərar verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, müvafiq qərar təhlükəsizlik baxımından verilib. Qeyd edək ki, diplomatların geri çağırılması faktiki olaraq İsrailin Türkiyədəki səfirliyinin öz fəlaiyyətini dayandırması ilə nəticələnəcək.

Read More
Dünya 

“Sionist-sionist” deyənlərin gözünə verilən su – Azərbaycan Fələstini necə dəstəklədi…

Dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər səviyyəsində növbədənkənar iclası Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilib. Toplantıda Azərbaycan da təmsil olunub. Bu görüşün səbəbi bölgədə İsrail və Fələstin (Qəzza sekoru) arasında baş verən toqquşmalar, insan qanının su yerinə axması ilə müşayiət olunan müharibə ilə bağlıydı. Əhalisinin tam əksəriyyəti müsəlman olan ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov bu sammitdə iştirak və çıxış edib. Qeyd edək ki, toplantıda İƏT-in 57 üzvündən yalnız 21-nin xarici işlər naziri iştirak edib. Bu, dünyəvi dövlət olan Azərbaycanın İslam ölkələri arasında birliyə nə qədər önəm verdiyini göstərir. Xüsusilə…

Read More
Dünya 

Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsi əleyhinə hərəkətə keçdi

Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsinə rəqib olaraq hazırladığı “Qlobal Gateway” (Qlobal Keçid Qapısı) layihəsini tanıtmaq üçün gələn həftə təxminən 20 ölkənin rəhbərlərini Brüsselə toplayacaq. Sammitin oktyabrın 17-də Çinin təşəbbüsü ilə 130-dan çox ölkəni Pekinə toplayıb “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələri təşkil etdiyi foruma cavab olaraq təşkil edildiyi bildirilir. Qeyd olunur ki, oktyabrın 25-26-da Brüsseldə keçiriləcək  “Qlobal Gateway” Forumunda iştirak edəcək dövlət və hökumət başçıları arasında Banqladeş, Seneqal, Namibiya və Moldovanın dövlət və hökumət başçıları da yer alacaqlar. Məlumat üçün əlavə edək ki, “Qlobal Gateway” adlı layihəyə…

Read More
Dünya 

İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” terror təşkilatının obyektlərinə zərbələr endiriblər

Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri Livanla sərhəd boyu “Hizbullah” terror təşkilatınına məxsus hədəflərə zərbələr endiriblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında paylaşım edilib. Bildirilib ki, bu, çərşənbə günü baş verən atışmaya cavab olub. Məlumata görə, məhv edilən hədəflər arasında dənizə baxan müşahidə məntəqəsi olub ki, oradan Roş Ha-Nikraya tank əleyhinə raketlər atılıb. İsrail Müdafiə Qüvvələri, həmçinin Qəzza zolağında terror infrastrukturunu məhv edib. Eyni zamanda müxtəlif terror təşkilatlarının yüksəkrütbəli üzvlərini, o cümlədən “Xalq müqavimət komitələri”nin Rəfah hərbi şöbəsinin rəhbərini öldürüb. Məlumatda qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri…

Read More
Dünya 

UNESCO-da korrupsiya qalmaqalı: Mətbu orqanın ifşa etdiyi qurum çaşqınlıq içindədir

“Antonio Quterreşin başçılıq etdiyi BMT Nyu-Yorkda korrupsiyaya bulaşdıqdan sonra bu mərəz qurumun bütün sisteminə, o cümlədən UNESCO-ya tamamilə sirayət edib”. Bu fikir “Inner City Press” nəşrinin UNESCO-da korrupsiya qalmaqalı ilə bağlı dərc etdiyi yazıda yer alır. Qeyd olunur ki, məqalədən sonra UNESCO, bir növ, çaşqınlıq içindədir və qurumda daxili araşdırmalara başlanılıb. Yazıda bildirilib ki, istintaq nəticələri və sanksiya tövsiyələri ilə bağlı bir neçə hesabat UNESCO-nun baş direktoru Odre Azulenin masasının üzərindədir və onun hansı qərar qəbul edəcəyi maraq doğurur. Odre Azulenin ədalətli sanksiyalar tətbiq edəcəyi, yoxsa kabinetindəki insanlarla bağlı məlumatları…

Read More
Dünya 

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada hakimiyyəti nüvə sazişi ilə bağlı məhdudiyyətlərin müddəti bitdikdən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Məlumata görə, İranın raket proqramına görə BMT-nin tətbiq etdiyi sanksiyalar oktyabrın 18-də başa çatıb. Qurumdan bildirilib ki, İranın nüvə və raket proqramları ilə bağlı narahatlıqlar qaldığı üçün Ottava ABŞ, Böyük Britaniya və Aİ ilə koordinasiyada Tehrana təzyiq göstərməyə davam edəcək. Yeni sanksiyalar İran proqramlarında iştirak edən, dəstəkləyən, yardımçı və ya maliyyələşdirən 18 şəxs və 56 təşkilata qarşı tətbiq edilib. XİN-in bəyanatında deyilir ki, sanksiyalar İslam İnqilabı…

Read More
Dünya 

Lavrovdan həyəcanverici açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər. Rusiyalı diplomat bu barədə Şimali Koreyanın paytaxtı Pxenyanda təşkil edilən mətbuat konfransında jurnalistlərə açıqlamasında söyləyib. S.Lavrov münaqişədə İranın mövqeyinə də toxunub. Diplomat qeyd edib ki, İranın siyasi rəhbərliyi kifayət qədər balanslı mövqe tutur və Tehran münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır. Mənbə: TASS

Read More
Dünya 

Daha bir ölkədə üçgünlük matəm elan edildi – YENİLƏNİB

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına hücumun qurbanları və digər həlak olan fələstinlilərin xatirəsinə ölkədə üçgünlük ümummilli matəm elan edib. Bu barədə Misirin Prezident Aparatı məlumat yayıb. Qeyd edək ki, Misirlə yanaşı, Türkiyə, Fələstin, Suriya, İran, İraq və Livanda da matəm elan edilib. Mənbə: TASS 17:24 Qəzzadakı xəstəxanaya hücumla əlaqədar Türkiyədə üçgünlük matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya qədər endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. Hadisədə HƏMAS və İsrail bir-birilərini ittiham…

Read More
Dünya 

Ərdoğan: “BMT TŞ növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi” – FOTO

Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin Ciddədə keçirilən Fövqəladə Toplantısını ilə bağlı paylaşım edib. O, son günlər ərzində Yaxın Şərq münaqişəsi ilə bağlı 18 dövlət və hökumət başçısıyla danışıqlar apardığını qeyd edib. “Oktyabrın 7-də başlayan və bütün bölgəmizə yayılma riski olan böhranın həlli üçün ilk gündən çox səy göstərdik. İndiyədək dövlət və hökumət səviyyəsində 18 liderlə telefon danışığımız olub. Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardım dolu 3 təyyarə çatdırdıq”, – Türkiyə Prezidenti məlumat verib. O, ABŞ-ni bölgəyə təyyarədaşıyan gəmilərini göndərməklə sülhə mane olmaqda, “tamamilə…

Read More