Dünya 

İsrail Mərakeş və Misirdəki səfirliklərini təxliyə edib

İsrailin Xarici İşlər Nazirliyi Qəzzada vəziyyətlə bağlı keçirilən nümayişlərlə əlaqədar Misirin Rahat, Mərakeş və Qahirədəki İsrail səfirliklərinin əməkdaşlarını təxliyə edib. Qeyd edək ki, İsrailin dünyadakı bütün səfirliklərində yüksək həyəcan siqnalı elan olunub, əlavə təhlükəsizlik tədbirləri görülür və həssas ölkələrdən olan elçilərin daha təhlükəsiz ölkələrə köçürülməsi nəzərdə tutulub. Eyni zamanda vacib olmadığı hallarda evlərini tərk etməmək tövsiyə olunub. Mənbə: ynetnews

Read More
Dünya 

Türkiyədə üçgünlük matəm elan olunub

Qəzzadakı xəstəxanaya hücumla əlaqədar Türkiyədə üçgünlük matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya qədər endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. Hadisədə HƏMAS və İsrail bir-birilərini ittiham edirlər. Mənbə: habertürk

Read More
Dünya 

Gürcüstan prezidentinin impiçmenti uğursuz oldu – YENİLƏNİB + FOTO/VİDEO

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayıb. Belə ki, impiçmenti minimal tələb olunan 100 deputat əvəzinə, sadəcə, 86 deputat dəstəkləyib. Bu səbəbdən də Salome Zurabişvili öz postunu saxlayıb.   12:20 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. Deputatların və əməkdaşların təhlükəsizliyi məqsədilə binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət KİV nümayəndələrinə aid edilməyəcək. Bu gün Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılacaq. Mənbə: “Sputnik” Gürcüstan

Read More
Dünya 

Türkiyəli nazir Bakıya gəlir

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya səfər edəcək. Məlumata görə, o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. Qeyd edək ki, türkiyəli nazir Şəhidlər Xiyabanını ziyarət edəcək. Mənbə: Anadolu

Read More
Dünya 

Zaxarova: “Zəngəzur dəhlizində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas elementidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupuna həvalə edilib. Bu günə kimi Üçtərəfli İşçi Qrupunun 12 iclası keçirilib. Dəmir yolu və avtomobil marşrutlarının perspektivi detallı nəzərdən keçirilib”, – deyə rusiyalı diplomat vurğulayıb. M.Zaxarova qeyd edib ki, Üçtərəfli İşçi Qrupunun 12-ci iclasının yekunlarına əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üsullarının razılaşdırılmasında irəliləyiş qeydə alınıb. “Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili…

Read More
Dünya 

Türkiyə girovları azad etmək üçün HƏMAS-la danışıqlar aparır

Ankara radikal HƏMAS hərəkatının siyasi qanadı ilə əcnəbilər də daxil olmaqla, saxladığı girovların azad edilməsi üçün danışıqlar aparır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başlamışıq. Əcnəbilərin, mülki şəxslərin və uşaqların azad edilməsi üçün səylərimiz davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu və digər humanitar məsələlərin həllinə mümkün olduğu qədər prinsipial qərar verib”, – deyə o, Beyrutda keçirdiyi mətbuat konfransında bildirib. Mənbə: TASS

Read More
Dünya 

Misir fələstinli qaçqınları qəbul etmək istəmir: Onları göndərməklə hədələyir

“Misir fələstinli qaçqınları qəbul etmək istəmir və onları Avropaya göndərməklə hədələyir”. Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb. İsrailin hücumu ərəfəsində Qərbin fələstinli qaçqınlar üçün nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı təzyiqi Qahirəni “qəzəbləndirib”. Qahirə ehtiyat edir ki, onu qaçqın axınını Sinay yarımadasına qəbul etməyə məcbur edə bilərlər. Misirin xarici işlər naziri artıq bildirib ki, məcburi köç Fələstin böhranının həlli deyil. “Siz istəyirsiniz ki, bir milyon insanı qəbul edək? Yaxşı, mən onları Avropaya göndərmək niyyətindəyəm. Siz insan haqlarının belə qayğısına qalırsınızsa, elə siz də onları qəbul edin”, – deyə nəşr adı açıqlanmayan…

Read More
Dünya 

Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirmək cəhdində ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Kremli İrəvanda hökuməti devirmək cəhdində ittiham edib. Bu barədə N.Paşinyan Avropa Parlamentində çıxışında bildirib. “Bizim təhlükəsizlik üzrə müttəfiqlərimiz açıq şəkildə Ermənistanda demokratik hökumətin devrilməsinə çağırış ediblər”, – deyə N.Paşinyan vurğulayıb. O əlavə edib ki, ermənilər məhz Rusiya sülhməramlılarının fəaliyyətsizliyi nəticəsində Qarabağı tərk ediblər. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

İran Fələstin-İsrail münaqişəsində iştirakının mümkünlüyünü bəyan etdi

İran İslam Respublikasının Fələstin-İsrail münaqişəsinə girməsi ehtimalı “təsəvvür edilə biləndir”. Bu barədə İİR xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qəzza zolağında vəziyyətin pisləşməsi fonunda Tehranın İsraillə silahlı münaqişəyə girə bilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən bəyan edib. XİN rəhbəri, həmçinin vurğulayıb ki, Fələstin anklavında İsrailin hərəkətlərini müşahidə edən heç kəs kənarda qala bilməz. Nazirin sözlərinə görə, İsrail müharibə cinayətləri törətməyə davam edərsə, münaqişə zonasında digər cəbhələr açılacaq. Bununla yanaşı Abdullahian HƏMAS-ın İsrailə qarşı hücumunda İranın əli olması ilə bağlı ittihamları rədd edərək deyib ki, İslam Respublikası bölgədəki müqavimət qüvvələrinə əmr vermir.…

Read More