Dünya 

İsrail Xameneiyə səsləndi: “Tezliklə peşman olacaqsınız” – FOTO

İsrail hökumətinin rəsmi “X” sosial şəbəkə hesabında İranın ali rəhbəri Əli Xameneiyə cavab verilib. Xatırladaq ki, Əli Xamenei “X” sosial şəbəkə hesabında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatları dəstəkləyib. “Təl-Əviv özünü qurban kimi göstərməyə çalışaraq Qəzzada insanların kütləvi şəkildə öldürülməsinə haqq qazandırmaq istəyir”, – deyə Əli Xamenei qeyd edib. İsrail dövlətinin cavabında isə deyilir: “Klaviatura arxasında gizlənib cəsarətli olmaq asandır. Siz və HƏMAS-dan olan dostlarınız çox tezliklə öz vəhşi hərəkətlərinizdən peşman olacaqsınız”.  

Read More
Dünya 

Əfqanıstanda ard-arda iki güclü zəlzələ baş verdi

Əfqanıstanın Herat əyalətində ötən şənbə günü baş verən şiddətli zəlzələlərdən sonra yenidən 6,3 və 5,0 bal gücündə iki zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat verib. Məlumata görə, yerli vaxtla saat 05:11-də 6,3 bal gücündə zəlzələ baş verib və episentri Heratdan 28 kilometr şimal və şimal-qərbdə olub. Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5,0 bal gücündə ikinci zəlzələ meydana gəlib. Hər iki zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələlərdən sonra Herat sakinləri təşviş içində küçələrə axışıblar və şəhərdə qısa müddətə elektrik enerjisi kəsilib. Mənbə: Haber Global

Read More
Dünya 

İsraildə ölənlərin sayı 1 200-ə çatıb, üç min yaralı var

HƏMAS yaraqlılarının qəfil hücumu nəticəsində İsrail tərəfində həlak olanların sayı azı 1 200 nəfərdir. Bu barədə İsrail mətbuatı xəbər verib. Məlumatda qeyd olunub ki, ölənlər arasında İsrail, ABŞ, Ukrayna, Rusiya, Tailand, Nepal və Fransa vətəndaşları var. Son məlumata əsasən, yaralıların sayı 3 min nəfər təşkil edir. Müharibənin ilk dörd günü ərzində terrorçular İsrail ərazisinə minlərlə raket atıblar. Əsasən İsrailin cənub və mərkəzi rayonları atəşə tutulub. Raket hücumları davam edir. Mənbə: Newsru.co.il

Read More
Dünya 

Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edəcək. Bu barədə Ərdoğan Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında danışıb. Dövlət başçısı Avstriyaya terrorla mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Lakin o, eyni yanaşmanı bütövlükdən Avropadan görə bilmədiklərini qeyd edib. “Biz region liderləri ilə son vəziyyəti müzakirə etdik. Bu gün mən Putinlə danışacağam, Quterreşlə də görüşəcəyəm. Ədalətli sülhün məğlub tərəfi yoxdur şüarı ilə bütün nüfuzlu aktorları məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, – deyə türkiyə Prezidenti bəyan edib. Mənbə: Haber Global

Read More
Dünya 

İsrail HƏMAS-a qarşı nüvə silahından istifadə edə bilər?

“Hökumət müharibə elan etmək və HƏMAS-ı məhv etmək qərarına gəlib. Mən sizi mümkün olan hər şeyi etməyə və qorxmadan düşmənlərimizə qarşı qiyamət günü silahlarından istifadə etməyə çağırıram”. Bunu İsrailin strategiya üzrə zabiti Tali Qotlib “X” sosial şəbəkəsi hesabında yazıb. O, “qiyamət günü silahları” dedikdə nüvə silahlarını nəzərdə tutub.

Read More
Dünya 

Paşinyan: “Ermənistan “3+3” formatında görüşlər keçirməyə hazırdır”

Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır. Bunu respublikanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziya kanalına müsahibəsində deyib. “Əlbəttə, biz hazırıq. Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, – o qeyd edib. Mənbə: TASS

Read More
Dünya 

İsrail əsgərləri HƏMAS-ın nüfuzlu üzvünü məhv ediblər

İsrailin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə terror təşkilatı HƏMAS-ın maliyyə məslələri üzrə məsul şəxsi olan Cavad Əbu Şamalanı məhv edib. Qeyd edək ki, Əbu Şamala terror hücumlarını maliyyələşdirmək və istiqamətləndirmək məqsədi ilə Qəzza zolağında və onun hüdudlarından kənarda HƏMAS üzərində maliyyə və idarəçilik nəzarətini həyata keçirib. Həmçinin o, əvvəllər HƏMAS-da müxtəlif təhlükəsizlik vəzifələrində çalışıb və İsrailin maraqlarına zərər vurmaq məqsədi daşıyan qeyri-qanuni əməliyyatlara fəal rəhbərlik edib. Mənbə: csn-tv.ru

Read More
Dünya 

Ermənistanda dörd hərbi hissə komandirinə cinayət işi açılıb

Ermənistan silahlı qüvvələrinin korpus və hərbi hissəsinin keçmiş komandirlərinə qarşı ittiham irəli sürülüb. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, prokurorun qərarı ilə 4 hərbi hissə komandirinə qarşı cinayət işi başlanıb. V.Q., A.M., M.P. və A.T. döyüş növbətçiliyi və ya döyüş xidməti qaydalarının pozulmasında həmçinin hərbi mövqelərə nəzarət etməməkdə ittiham olunurlar.

Read More
Dünya 

Netanyahuya milli birlik hökuməti qurmaq tapşırılıb

İsrail hökuməti koalisiya partiyalarının liderləri baş nazir Benyamin Netanyahuya milli birlik hökuməti qurmağı tapşırıblar. Məlumata görə, qərar yekdilliklə qəbul edilib. Oktyabrın 9-da Netanyahu müxalifət liderlərini Fələstinin HƏMAS radikal hərəkatı ilə silahlı münaqişə kontekstində ölkədə milli birlik hökuməti qurmağa dəvət edib. Bu məqsədlə baş nazir oktyabrın 7-də parlament müxalifətinin lideri Yair Lapidlə görüşüb. Söhbətdən sonra Lapid siyasi fikir ayrılıqlarını bir kənara qoyub Netanyahu ilə birlikdə milli birlik hökuməti qurmağa hazır olduğunu açıqlayıb. Mənbə: TASS

Read More
Dünya 

İsrail polisi HƏMAS yaraqlılarının virtual pul kisələrinin bloklandığını bildirib

İsrail polis əməkdaşları HƏMAS yaraqlılarının istifadə etdiyi kriptovalyuta hesablarını dondura bildiklərini bildiriblər. Bu barədə “X” sosial şəbəkəsində İsrail hüquq-mühafizə orqanlarının hesabında məlumat verilib. “İsrail Polisinin Kibertəhlükəsizlik Bölməsi, Müdafiə Nazirliyi, İsrail Təhlükəsizlik Agentliyi və digər dövlət kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edərək, HƏMAS-ın istifadə etdiyi kriptovalyuta hesablarını uğurla dondurub”, – deyə departamentdən açıqlama verilib. Müəyyən edilib ki, yaraqlılar bloklanmış virtual pul kisələrindən öz fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə ediblər. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının qüvvələri İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan ediblər. Bunun fonunda İsrailin milli…

Read More