SON DƏQİQƏ! İran silkələndi
İranın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib. Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, zəlzələ 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri təxminən 1,25 milyon əhalisi olan Şiraz şəhərindən 211 km cənub-şərqdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Read More