Əsas səhifə 

Prezident İlham Əliyev Qazax rayonuna səfər edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Read More
Əsas səhifə 

Yaddaş silinmir, silinməyəcək və silinməməlidir

Dövlət başçısı İlham Əliyev ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs edərkən bildirir ki, biz erməni xalqının tarixi mirasına əl dəymirik Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyətini daha dərindən dərk etmək, düzgün dəyərləndirmək üçün zəngin mənbə rolunu oynayır. 30 il Azərbaycan dünyaya “həqiqətlərə ədalətin gözü ilə baxaq” çağırışı etsə də, erməni sevgisi, daha dəqiq desək, maraqların ədaləti üstələməsi  ikili standartlara əsaslanan siyasətin davam etdirilməsinə səbəb oldu. Azərbaycan 30 il dünyadan ədalət gözləsə də,  BMT qətnamələri kağız…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi – TAM MƏTN + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. AZƏRTAC-a istinadən müsahibənin geniş mətn və tam video versiyasını təqdim edirik: Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz? Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində…

Read More
Əsas səhifə 

İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib – YENİLƏNİB + FOTO/VİDEO

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb. Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi: – Hörmətli qonaqlar, xanımlar və cənablar, Qarabağa, Şuşaya xoş gəlmisiniz. Mən çox şadam ki, sizi bu gün burada görürəm, çox sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni…

Read More
Əsas səhifə 

ARAN Media GROUP “Milli Mətbuat günü” münasibətilə media işçilərini təbrik edir

Aazad medianın inkişafına yönələn  siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   Dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən əsasıqoyulan, Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü görməsindən  148 il ötür. İlk nəşri 1875-ci ilin bu günündə həyavəsiqəalan“Əkinçi” nin cəmi 56 nömrəsi çapdan çıxmış, özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin…

Read More
Əsas səhifə 

İlham Əliyev: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq”

“Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional sabitliyi inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

Read More
Əsas səhifə 

Prezident Şuşa şəhər xəstəxanasına baş çəkdi

İlham Əliyev Şuşa rayonunda səfərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.  3,7 hektara yaxın…

Read More
Əsas səhifə 

Bölgələrin inkişafı, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyevin Füzuli, Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfərləri özündə bütün məqamları ehtiva edir Cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən  «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Eyni zamanda, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan…

Read More
Əsas səhifə 

Həbsdə olan general əməliyyat edildi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov əməliyyat olunub. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyatı keçirib. Məlumatı generalın vəkili Rəşad Mirmehdizadə təsdiq edib. Vəkil deyib ki, müvəkkili əməliyyatdan sonra Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilib: ”Nizami Məmmədov xəstəxanada angioqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”. Qeyd edək ki, N.Məmmədov ötən ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.…

Read More
Əsas səhifə 

Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirildi – FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. DSX-dən verilən məlumata görə, mərasim iştirakçıları Fəxri Xiyabanda dahi öndər Heydər Əliyevin məzarını ziyarət edərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər. Məzunlar adından çıxış edən leytenant Qoşqar Mirzəyev Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnmələri, Akademiyanı uğurla başa vurmaqları üçün əməyini…

Read More