Azad edilmiş ərazilərdə ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq hesabat dərc olunub. ARANTV.AZ xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 734,7 hektar…

Daha çox ..

Ölkə üzrə çöl torpaq tədqiqatı işlərinə başlanılıb

Ölkə üzrə çöl torpaq tədqiqatı işlərinə başlanılıb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş Ağdam, Cəbrayıl və Füzuli rayonları ərazisində torpaq tədqiqatı işləri aparılıb. Bu rayonlar üzrə mərhələli şəkildə torpaq nümunəsi götürülərək torpaq və geobotaniki tədqiqatlar laboratoriyasına təhvil verilib. Analiz nəticələrinə əsasən, torpaqların keyfiyyəti, hansı növ bitkilərin əkilməsinin daha…

Daha çox ..

Hər gün ballı su içməyin bilmədiyimiz FAYDALARI

Gündə bir dəfə ballı su içmək immunitet sistemini gücləndirir. ARANTV.AZ xəbər verir ki, əgər şəkər xəstəliyiniz və problemli, iltihablı dəriniz varsa hər səhər ilıq suya bir qaşıq bal töküb içə bilərsiniz. Bir yaşından yuxarı uşaqlar və böyüklər tərəddüd etmədən ballı suyun faydasından yararlana bilərlər. Ancaq mədə-bağırsaq sistemində problemi olanlar bu barədə həkimlə məsləhətləşməlidirlər. Bal günün…

Daha çox ..

Mehriban Əliyeva: “Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq” – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə paylaşım edib. ARANTV.AZ xəbər verir ki, o, bununla bağlı fikirlərini “Instagram” hesabında bölüşüb: “Bu gün – 17 İyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz…

Daha çox ..

Kürdəmir sakini odlu silahını polisə təhvil verib

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bugün bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam…

Daha çox ..

50 yaşa qədər şəxsi evin olmasa… – Alimlərdən İLGİNC ARAŞDIMA

Uzun ömür yaşamaq üçün bir neçə şərtə əməl edilməlidir. İsveçin Höteborq universitetinin alimləri araşdırma aparıblar. Araşdırmaların nǝticǝlǝrinǝ ǝsasǝn insanlar qamətlərini düzgün saxlamalı, siqaret çəkməməli və 50 yaşadək mənzil sahibi olmalıdırlar. Tədqiqatçıların keçirdiyi 55 illik irimiqyaslı axtarışlarda 1913-cü il təvəllüdlü 855 nəfər İsveç vətəndaşı iştirak edib. Alimlər 55 il ərzində bu insanların yaşayış tərzi və səhhətləri…

Daha çox ..

Böyrək xəstəliyi olan insanlar ildə bir dəfə müayinə olunmalıdırlar

“Hemodializ xəstələrinin müalicəsi və dərmanla təminatı dövlət proqramına uyğun həyata keçirilir”. ARANTV.AZ  xəbər verir ki,  bunu “TƏBİB məsləhəti” proqramında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib. F. Babayev bildirib ki, pandemiya dövründə bəzi dərmanların alınmasında və ölkəyə gətirilməsində müəyyən problemlər olub: “Bu da başadüşüləndir. Ona görə də müəyyən dərmanlarda çatışmazlıqlar baş verdi….

Daha çox ..

“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olub

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin “Küçə sənətçiləri” layihəsi çərçivəsində növbəti seçim turu keçirilib. Dvlət Turizm Agentliyindən Musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq…

Daha çox ..

Azərbaycan Prezidenti: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir

Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən deyib. Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi. Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran…

Daha çox ..