Maştağada ana və azyaşlı oğlu dəm qazından boğuldu
Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

