TAP-ın Yunanıstan hissəsi qazla doldurulub
Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsi qazla doldurulub.
ARANTV.AZ xəbər verir ki, Trend bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, konsorsium noyabrın 25-də boru kəmərinin Yunanıstanda Evros çayı və Kipiy kompressor stansiyası arasındakı 2 kilometrlik sahəsini təbii qazla doldurmağa başlayıb.

