BDU-nun xəstəxanaya yerləşdirilən tələbələrinin KİMLİYİ və qoyulan DİAQNOZ açıqlandı – YENİLƏNİB
12:12
Bakı Dövlət Universitetinin qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) xəstəxanaya yerləşdirilən iki tələbəsinin kimliyi məlum olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr – 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır. Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib. Məlumata görə, tələbələrdən biri “Hot dog”, digəri isə “peraşki” yeyib. Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər.
Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, tələbələr qastrentologiya şöbəsinə yerləşdiriliblər: “Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara “kəskin qastrentit” diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır”.
———
11:33
Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsi zəhərlənərək xəstəxanaya çatıdırılıb.
ARANTV.AZ bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, BDU-nun yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub. Universitetin Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

