Hadisə 

Aeroport yolunda zəncirvari qəza: 3 avtomobilə görə yol tıxandı – Foto

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. “Jeep”, “Opel” və “Saipa” markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur./trend/
Aeroport yolunda zəncirvari qəza: 3 avtomobilə görə yol tıxandı - FotoAeroport yolunda zəncirvari qəza: 3 avtomobilə görə yol tıxandı - Foto

Daha çox xəbərlər