İdmançı canlı yayımda jurnalistin ombasından vurdu – CƏZALANDIRILDI – VİDEO
Amerikanın Corciya ştatının Savannah şəhərində qaçış yarışının iştirakçısı, canlı yayımda WSAW-TV kanalının jurnalisti Aleks Bozarjianın ombasından vurub.
ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, hadisədən sonra həmin adam tapılaraq cəzalandırılıb.
Baş verənləri əks etdirən video “GrrrlZilla” ləqəbli “Twitter” istifadəçisi tərəfindən paylaşılıb. Bozarjian həmin paylaşımı “retwit” edib və elə ilk gündə 659 min “like”, 178 min “retwit” toplayıb.

