Bakıda ofisdən 40 min manat oğurlandı
Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub.
ARANTV.AZ xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40.000 manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.
Tutulan şəxs barəsində əlavə araşdırmalar aparılır.Publika.az

