Rusiyada vertolyot qəzaya düşüb, ölənlər var
Rusiyanın İrkutsk vilayətində “Anqara” aviaşirkətinə məxsus Mi-8 vertolyotu qəzaya uğrayıb.
ARANTV.AZ qafqazonfo-ya istinadən xəbər verir ki, göyərtəsində 3 ekipaj üzvü olan vertolyot geoloji kəşfiyyat üçün havaya qalxıb.
Təyin edilən vaxtda əlaqəyə girməyən vertolyotun qalıqları tapılıb. Rusiya FHN-ni hər üç ekipaj üzvünün öldüyünü açıqlayıb.
Faktla bağlı cinayət işi açılıb.

