Bakıda dilənçilik edən 20 yaşlı qadının ŞOK yalanı üzə çıxdı-VİDEO
“Bakıda 3 aylıq körpəsi ilə səhərdən axşamadək küçədə dayanıb dilənən ana peyda olub”.
ARANTV.AZ bildirir ki, paytaxtın Səməd Vurğun küçəsində yerləşən marketin önündə 20 yaşlı bir qadın əlində körpə uşaqla dayanaraq dilənçilik edir. Dediyinə görə, uşaq 3 aylıqdır və öz övladıdır. Buna baxmayaraq ətrafdakı vətəndaşlar həmin qadının hər gün həmin məkanın qarşısında dayandığı üçün onun haqqında məlumatlıdırlar.
Əməkdaşımızın topladığı məlumatda həmin qadının həyat yoldaşından boşanmadığı deyilib. Verilən məlumata əsasən, körpəsi qucağında dilənçilik edən qadın səhər saatlarından gecə saatlarınadək oradakı daşın üzərində oturaraq dilənçilik edir. Danışığında o həyat yoldaşının sağ olduğunu və vərəm xəstəsi olduğunu deyib.
Qeyd edək ki, həmin qadın dilənçi deyil. Bildirək ki, son dövrün ən aktual məsələlərindən biri məhz uşaqların oğurlanıb, dilənçiliyə sövq edilməsi ilə bağlıdır. Orqan alveri, uşaqların satılması ən həssas məsələlərdən olaraq qalmaqdadır. Hüquq-mühafizə orqanları nə qədər də çalışsalar belə, şəxslərin hələ də qarşısını ala, küçələrdən yığışdıra bilmir.Sonxeber.az

