Cəmiyyət 

Girdimançayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, Girdimançay çayının sahilində bir nəfərin palçığa bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ARANTV.AZ  xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.Publika.az

Daha çox xəbərlər