Hadisə 

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdurəhmanov tutulub.

Şəxsi axtarış zamanı ondan yeddi qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun  Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Daha çox xəbərlər