Region Xəbərləri 

Azərbaycanda qeyri-adi toy karvanı – VİDEO

Goranboyda toyu olan bəyin dostları ona sürpriz ediblər.

ARANTV.AZ-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

Mexanizatorlar həmkarları olan bəyi təccübləndirmək üçün belə addım atıblar. Beş traktor gəlin evinə gedən karvana qoşularaq, maraqlı görüntü sərgiləyib.

Maraqlı toy karvanı Goranboyun Xanqərvənd kəndində olub.

 

Daha çox xəbərlər