Bərdədə 6455,5 ton şəkər çuğunduru istehsal edilib
Bu il 214,2 hektar sahədə şəkər çuğunduru becərən Bərdə rayonunun torpaq mülkiyyətçiləri məhsul yığımını başa çatdırıblar.
ARANTV.AZ xəbər verir ki, sahələrdən 6455,5 ton çuğundur əldə edilib. Hər hektardan orta məhsuldarlıq 301,4 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, şəkər çuğunduru Bərdə rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

