“Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi Şəmkirdə uşaqlar üçün yeni il təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsinə Şəmkir rayonunda layihəyə cəlb olunmuş uşaqların iştirakı ilə yeni il və dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə Şəmkir rayon icra Hakimiyyətinin, Şəmkir rayon Təhsil Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin əməkdaşları, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, könüllüləri iştirak etmişdir.
Keçirilən tədbirdə “Hüquq Dünyası” Hüquqi Təbliğat İB- nin həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edilməklə, ölkəmizdə aparılan inqilabi sosial islahatlar haqqında ətraflı məlumat verilmişdir. Bildirib ki, cənab Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib. Azərbaycanda aparılan dövlət siyasəti hər bir uşağın sağlam və firavan böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hərtərəfli şərait yaradılmasını, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsini nəzərdə tutur.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Fəxrəddin Vəliyev Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov çıxış edərək, həyata keçirilən layihənin əhəmiyyətini qeyd etməklə, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində qeyd olunan kateqoriya üzrə müəssisələrdə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılmasını bildirmişlər.
Maraqlı anlarla yadda qalan tədbirdə Təşkilat tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbir uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.







