Kriminal 

Azərbaycanda 19 yaşlı qızın üstündə bıçaqlanma… – Təfərrüat

Daşkəsən rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Gəncəli Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Hazırlıq iclası yanvarın 10-na təyin olunub.

İttihama görə, hadisə Daşkəsən rayonun Quşçu kəndində baş verib. Kənd sakini – 2000-ci il təvəllüdlü Eltun Həsənli həmkəndlisi Gəncəli Hüseynov ilə mübahisə edib.

Mübahisə nəticəsində Gəncəli Hüseynov Eltun Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Eltun Həsənli Gəncəli Hüseynovun qohumu olan qızı istəyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Sonda mübahisə qanlı olayla nəticələnib.

İstintaq orqanı tərəfindən Gəncəli Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.Teleqraf.com

Daha çox xəbərlər