Sahibsiz itlərlə bağlı aparılan işlər daha da təkmilləşdirilir
ARANTV.AZ xəbər verir ki, Paytaxt Bakıda və ətraf qəsəbələrdə sahibsiz itlərlə bağlı aparılan işlər daha da təkmilləşdirilir. Sakinlərin təhlükəsizliyini təmin etmək, sahibsiz heyvanlara qayğı göstərmək, həmçinin cəmiyyətin onlara münasibətinin dəyişilməsinə məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə icra olunan layihə gələcəkdə regionları da əhatə edəcək.
İlk olaraq paytaxtın Balaxanı qəsəbəsində sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işlərinə başlanılacaq. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçiriləcək. Sahibsiz itlərin küçədən tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkarlanması və onlara müvafiq yardım məqsədilə “Qaynar xətt”in fəaliyyəti nəzərdə tutulub.
Sığınacaq mərkəzindən arzu edən hər kəs itləri himayəyə götürə bilər. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onlara sahiblənən şəxsləri məlumatlandıracaqlar. Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev deyir ki, təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Buraya sosial videoçarxlar və animasiya filmlərinin istehsalı, ictimai tədbirlər, sərgilər daxildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə hesab edir ki, küçə heyvanlarının çoxalmasında məişət tullantılarının artması da rol oynayır. Layihə sakinlərin təhlükəsizliyini təmin etmək, sahibsiz heyvanlara qayğı göstərmək, həmçinin cəmiyyətin onlara münasibətinin dəyişilməsinə yönəlib. Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtda həyata keçirilən bu layihənin gələcəkdə regionları da əhatə etməsi nəzərdə tutulur. Oktyabrda Bakıda heyvanların qorunması günü ilə bağlı təşkil ediləcək beynəlxalq konfransda da sözügüdedən məsələ bir daha gündəmə gətiriləcək.

