Bakıdan Həştərxana uçan təyyarə geri qayıtdı
Bakıdan Həştərxan hava limanına uçan təyyarə geri qayıdıb.
ARANTV.AZ-ın məlumatına görə, Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
Yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.Oxu.Az

