Bakıda qadın sürücü özünü çətinə saldı – FOTO
Bakıda qadın sürücü sürət həddinə əməl etmədiyi üçün özünü çətinə salıb.
ARANTV.AZ avtosfer.az-a istinadən xəbər verir ki, Moskva prospektində yüksək sürətlə hərəkən edən 90-ZZ-987 dövlət nömrə nişanlı avtomobil sürüşüb.
Nəticədə avtomobil yol ayırıcının üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb.


