Yeni il bayramı günlərində təcili yardıma daha çox müracət daxil olub
Yeni il bayramı günlərində Təcili Tibbi Yardıma daxil olan çağırışların sayı təxmini gün ərzində 3000-ə yaxın olub.
Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, poliklinika sisteminin işləməməsi səbəbindən, bu, adi günlərə nisbətən 600-800 zəng çoxdur.
“Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, respirator və nevroloji xəstəliklərlə bağlı olub”, – deyə Rəvanə Əliyeva bildirib.

